Filologiya məsələləri, no.9, pp.61-65, 2019 (Peer-Reviewed Journal)
Ədəbi dil bütün tədris müəssisələri və nəşriyyat idarələri üçün məcburidir.Lakin ədəbi dilin qüdrəti onu icbari sürətdə məktəb,mətbuat və radio vasitəsilə yaymaqda deyildir;onun əsl gücü xalq tərəfindən şüurlu olaraq mühafizə edilməsindədir.Ədəbi dil qanunlarının pozulması ictimai məzəmmətə səbəb olmalı estetik hissləri alçaldan və ünsiyyətə mane olan bir səbəb kimi,savadsızlıq və mədəniyyətsizlik əlaməti hesab edilməlidir.Öz danışığında həddindən artıq məhəlli söz işlədən və çıxışında şivə xüsusiyyətlərinə geniş yer verən natiqlərə iclaslarda nə cür münasibət yarandığı məlumdur.Ədəbi dildən kənara çıxmaq,ondan uzaqlaşmaq həmişə savadlı,təhsilli adamların xüsusən,müəllim və alimlərin,yazıçıların böyük etirazına səbəb olur.Onlar belə hallarda,nitqdə ifadə olunan ən kiçik səhvlərə görə daxili bir iztirav və əziyyət çəkirlər.Bütün bunlarla birlikdə,ədəbi dil heç də donub qalmış heykəl deyildir;o canlı və inkişaf edən bir orqanizmdir.Ədəbi dil cəmiyyətin dəyişən və mürəkkəbləşib çətinləşən həyati tələblərinə uyğun olaraq,yeni ifadə forması və vasitələri hazırlayır,vaxtı itmiş və özünü doğrultmayanları əldə olan ifadə forması və vasitlərini isə təkmilləşdirir. Ədəbi dilin lüğət tərkibi çox-çox genişdir;çünki ədəbi dil normalarına uyğun gələn yəni düzgün hesab olunan hər bir nitq tam mədəni sayıla bilməz,bunun üçün başqa şərtlərə də əməl etmək lazımdır. Açar sözlər:Azərbaycan dili,ədəbi dil,dilin lüğət tərkibi,cəmiyyət,normativlər.