MÜASİR DÖVRÜN TRENDLƏRİ: “YAŞIL İQTİSADİYYAT VƏ DAYANIQLI İNKİŞAF” İQTİSADİYYAT VƏ SOSİAL ELMLƏR SAHƏSİNDƏ TƏDQİQATÇILARIN I BEYNƏLXALQ KONFRANSI KONFRANS MATERİALLARI. II HISSƏ, vol.6, pp.154-159, 2024 (Conference Book)
Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də növbəti onillikdə ölkənin sosialiqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin - yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı - effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir. Yaşıl iqtisadiyyat dayanıqlı inkişaf perspektivindən iqtisadi, sağlamlıq, təhlükəsizlik, sosial və ətraf mühitin bir çox faydalarından danışır ki, belə bir yanaşma dövlətlərin üzləşdiyi müxtəlif çətinlikləri nəzərə alaraq, inkişaf etmiş, inkişaf etməkdə olan və ya zəif inkişaf etmiş ölkələri bir fokus ətrafında toplayır.