“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANS, no.1, pp.99-103, 2025 (Conference Book)
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasından sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş miqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu prosesin əsas istiqamətlərindən biri regionda müasir nəqliyyat-logistika sisteminin qurulması və logistik infrastrukturun inkişaf etdirilməsidir. Logistika imkanlarının genişləndirilməsi, regionun iqtisadi canlanmasına təkan verməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit potensialını da artırır. Məqalədə Qarabağda həyata keçirilən nəqliyyat və logistika sahəsində əsas layihələr, onların strateji əhəmiyyəti və perspektivləri təhlil edilir.Qarabağda nəqliyyat və logistika infrastrukturunun inkişafı regionun sənaye və kənd təsərrüfatı sahələrinə birbaşa və dolayı yolla əhəmiyyətli təsir göstərir.Bu infrastrukturun davamlı inkişafı Qarabağda iqtisadi dirçəlişi sürətləndirərək ,dayanıqlı istehsal zəncirlərinin formalaşmasına şərait yarada bilər. Belə ki, sənaye sektoru üçün xammal və məhsul axını sürətlənir, investisiya cəlbediciliyi artır və bazarlara çıxış asanlaşar,kənd təsərrüfatında isə məhsulların bazara çatdırılması sürətlənər, logistik xərclər azalar və ixrac imkanları genişlənə bilər. Bu proseslər regionun iqtisadi dirçəlişinə və dayanıqlı inkişafına töhfələr verəcəkdir. Yeni nəqliyyat və logistika obyektləri iş yerlərinin sayını artıraraq sosial rifaha müsbət təsir göstərəcəkdir. Açar sözlər: Nəqliyyat, logistika, Qarabag, infrastruktur