Ölkəmizdə aqrar sektorun inkişafının müasir vəziyyətlərinin kompleks təhlili


Creative Commons License

Aslanov Z.

Ölkəmizdə aqrar sektorun inkişafının müasir vəziyyətlərinin kompleks təhlili, vol.3, pp.21-24, 2019 (Peer-Reviewed Journal)

Abstract

Xülasə: Aqrar sahənin inkişafında dövlətin rolu açıqlanmışdır. İnnovativ texnoloji yeniliklərdən istifadə imkanları göstərilmişdir. Göstərilmişdir ki, ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Mokrofunksiyaların istiqamətləri təhlil edilmişdir. Açar sözlər: Aqrar sahə, dövlət sektoru, kənd təsərrüfatı, iqtisadi münasibətlər, idarəetmə, konsepsiya Ölkə Prezidentinin 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı məhz bu məqsədlə xidmət edir. Fərmanda aqrar sektorun daha sürətli, daha təkmil, daha etibarlı inkişafına yönələn Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, eləcə də Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye Nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə, Əmək Məsələləri Dövlət Komitəsi, Meliorasiya və Su təsərrüfatı dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub.