AZƏRBAYCANIN TRANZİT VƏ LOGİSTİKA İMKANLARININ GENİŞLƏNDİRİLMƏSİNDƏ ZƏNGƏZUR DƏHLİZİNİN ROLU VƏ PERSPEKTİVLƏRİ


Creative Commons License

Balabəyova N.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANS, vol.590, pp.61-66, 2025 (Conference Book)

Qısa məlumat

Zəngəzur dəhlizi Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikasını Ermənistan ərazisindən Azərbaycanın əsas hissəsi ilə birləşdirən mühüm geosiyasi və iqtisadi keçiddir. Dəhliz tarixi, mədəni və strateji əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqaz regionunda nəqliyyat, ticarət və regional əlaqə üçün mühüm əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin yaradılması və fəaliyyətə başlamasına səbəb Ermənistanla Azərbaycan arasında münaqişəyə son qoyan 2020- ci il atəşkəs sazişi olmuşdur. Regional dinamikanı yenidən formalaşdırmaq Zəngəzur dəhlizinin potensialını təşkil edir.Bu dəhliz Azərbaycana öz eksklavına və Türkiyəyə birbaşa çıxış imkanı verir, regionda iqtisadi və siyasi əlaqələrin gücləndirilməsinə xidmət edəcəkdir. Ermənistan üçün isə bu dəhliz, iqtisadi inkişaf və regional təşəbbüslərə inteqrasiya imkanı yaradacaq, həmçinin ənənəvi marşrutlardan asılılığını azaldacaqdır. Dəhliz həm də tarixən etnik və ərazi münaqişələri ilə yadda qalan regionda sülh və sabitliyin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yolla yüklərin mənzil başına çatma müddəti qısalacaqdır. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi olan Naxçıvanı deyil, Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirmək imkanına malikdir. Çin və Orta Asiya ölkələrindən Azərbaycana daxil olan yüklər Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan Avropaya və əks istiqamətə hərəkət edəcəkdir. Yol boyu texniki xidmət mərkəzlərinin, mehmanxana və digər iaşə obyektlərinin açılması zərurəti yaranacaqdır ki, bu da əlavə iş yerlərinin yaranmasına və ümumilikdə əhalinin sosial vəziyyətinin yüksəlməsinə səbəb olacaqdır. Belə ki, yükünü Zəngəzur dəhlizi ilə daşıyan dövlətlər və transmilli korporasiyalar regionun sabitliyində maraqlı olacaqlar ki, bu da Azərbaycanın beynəlxalq aləmdə daha nüfuzlu və güclü dəstəyi olan dövlətə çevrilməsinə töhvə verəcəkdir.

Açar sözlər: interkontinental, logistika mərkəzi, iqtisadi əməkdaşlığ, nəqliyyat-logistika şəbəkəsi,