Üzüm: aqrotexnikası, aqrokimyası və inteqrir mübarizə tədbirləri


Creative Commons License

Hüseynov M.

Sapfir-15, Baku, 2022

  • Publication Type: Book / Research Book
  • Publication Date: 2022
  • Publisher: Sapfir-15
  • City: Baku
  • Azerbaijan State University of Economics (UNEC) Affiliated: Yes

Abstract

Üzüm, antik mədəniyyətlərdən bəri becərilən, hazırda istər hobbi, istərsə, iqtisadi məqsədlə meyvələri və yarpaqları üçün ən çox becərilməsi həyata keçirilən bitkidir. Kitab, üzümçülük sahəsində yeni bir yanaşma ilə yazılmış orijinal əsərdir. Əsrlərdən bəri məlum olsa da, hazırda üzümçülük; bioloji, texnoloji və biznes anlayışının dəyişməsi nəticəsində ənənəvi üsullarla yanaşı müxtəlif yeni metodların istifadə edildiyi bir becərmə formasına keçmişdir. Bu kitab, üzümçülüklə bağlı əsas anlayışlarla bərabər üzümçülüyün tarixi, əhəmiyyəti, üzümün becərilmə üsulları, qarşıya çıxan əhəmiyyətli problemlər və həlli yolları, inteqrir mübarizə tədbirləri və üzüm-şərab istehsalı zamanı qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalanmaq məqsədilə preventiv tədbirlər haqqında elmi-praktiki təhlilləri əks etdirir. Kitabda üzümçülüyün yeni iqtisadi rayonlar üzrə ixtisaslaşmasının düzgün müəyyənləşdirilməsini təmin etmək məqsədilə qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarının səciyyəvi ampeloqrafik, aqrotexniki və ekoloji-coğrafi zonallıq xüsusiyyətləri öz əksini tapmışdır. Belə ki, kitabda 101 süfrə, 25 kişmiş və 64 texniki üzüm sortu haqqında ətraflı məlumat verilir. Kitab, üzüm və şərab istehsalçıları, elmi işçilər, aqrotexniklər, seleksiyaçılar, entomoloqlar, fitopatoloqlar, enoloqlar, elm və təhsil müəssisələrində üzümçülük və şərabçılıq üzrə ixtisaslaşan magistrlər, doktorantlar, kənd təsərrüfatı təhsili alan tələbələr və yaxın ixtisas sahələrində işləyənlərin istifadə edə biləcəyi qiymətli mənbədir. Kitabın hədəf oxucusu, üzüm becərilməsinə fərqli məqsədlərlə maraq duyan və üzümçülüyü öyrənmək istəyən hər kəsdir.