Aqrar-sənaye sferasında fəaliyyət göstərən sahibkarlıq strukturlarının marketinq fəaliyyətinin təhlili


Xeyirxəbərov İ.

"Kooperasiya" elmi-praktiki jurnal, vol.300, no.45, pp.176-182, 2017 (Peer-Reviewed Journal)

Qısa məlumat

Marketinq sahibkarlıq strukturlarının fəaliyyətinin metodologiyası adlandırılır və sözügedən idarəetmə konsepsiyası sahibkarlıq strukturlarında tətbiq edilir.Natural təsərrüfat kimi fəaliyyət göstərən ailə təsərrüfatlarında marketinqin tətbiqindən söhbət gedə bilməz. Ona görə də aqrar-sənaye sferasında kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq strukturlarında marketinqin tətbiqinin təhlilinə ehtiyac yaranır. Bu təhlil vasitəsilə sözügedən strukturların bazar fəaliyyətiniin dayanıqlılığına və davamlılığına nail olmaq mümkündür.