“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl inkişaf imkanları”, Baku, Azerbaijan, 25 April 2024 - 25 April 2025, pp.140-150, (Full Text)
Son dövrlər rəqəmsal iqtisadiyyatın əhatə dairəsi görünməmiş sürətlə genişlənir və
demək olar ki, iqtisadi fəaliyyətin bütün sahələrinə müxtəlif templərlə nüfuz edir. Bu baxımdan,
rəqəmsallaşmanın iqtisadiyyatımıza və cəmiyyətimizə müsbət təsirlərinin gücləndirilməsi və bu
prosesin dayanıqlı şəkildə inkişaf etdirilməsi üçün qarşımızda bir sıra mühüm tapşırıqlar yaranır.
Azərbaycan üçün də rəqəmsal iqtisadiyyatın qurulması, müasir texnologiyaların və
innovasiyaların tətbiqi prioritet məsələlərdəndir. Ölkənin əlverişli coğrafi mövqeyi və insan
potensialı, habelə son illərdə qəbul edilmiş dövlət proqramları, fərman və sərəncamlar bunun
üçün münbit şərait yaradır.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nda “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi”
tədbiri öz əksini tapmışdır. Sözügedən strateji sənədin hazırlanması və icrası İqtisadiyyat
Nazirliyinə, Nazirlik daxilində isə 4SİM-ə tapşırılmışdır.
Rəqəmsal İqtisadiyyat Strategiyası sənədinin hazırlanması ölkədə davamlı və rəqabət
qabiliyyətli rəqəmsal iqtisadiyyatın formalaşdırılmasına, Azərbaycanın müvafiq sahə üzrə
qabaqcıl ölkələrdən birinə çevrilməsinə, rəqəmsal iqtisadiyyatın ölçülməsi, həmçinin
koordinasiya edilmiş şəkildə inkişaf etdirilməsinə xidmət göstərəcəkdir. Bununla yanaşı,
sözügedən sənəd ölkəmizdə rəqəmsal infrastruktur və xidmətlər, müvafiq sahədə qanunvericilik,
maliyyə resurslarının əlçatanlığı və rəqəmsal bacarıqların inkişaf etdirilməsi də daxil olmaqla
rəqəmsal iqtisadiyyatın bütün komponentləri üzrə inkişaf istiqamətlərini müəyyən edəcək milli
strategiya sənədi olacaqdır.