Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi xəbərləri” Cild 5, İyul-Sentyabr, Bakı, 2017 ci il, s.357-364., vol.416, no.5, pp.357-364, 2017 (Peer-Reviewed Journal)
Auditor həyata keçirdiyi audit prosedurlarının nəticəsində gəldiyi
qənaətlərdən əlavə yetərli auditor sübutları təmin etmək məqsədilə maliyyə
hesabatlarına ümumi baxış həyata keçirir. Bu sübutlar auditorun maliyyə
hesabatlarına dair, xüsusilə də maliyyə hesabatlarının qüvvədə olan uçot
standartlarına, qanunvericiliyə və digər normativ tələblərə uyğun təqdim edilib
edilmədiyi barədə rəyin formalaşdırılmasına imkan verir.
Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununa uyğun
оlaraq mühasibat uçotunun metodikası mühasibat uçotunun vəzifələrinin həllini təmin
edən metodlar, üsullar və qaydaların məcmusunu əks etdirir ki, bu da müəssisənin
uçot siyasəti adlanır. Aydındır ki, müəssisə rəhbərliyi tərəfindən uçotun
aparılmasının müəyyən olunmuş qaydası uçot siyasətində əks etdirilir. Odur ki,
uçot siyasətinin hazırlanmasına qədər uçot və hesabat üzrə qaydalar, göstərişlər,
təlimatlar və digər reqlamentləşdirici sənədlər dəqiq öyrənilməsi vacibdir.