Makro və mikroelementlərin üzüm sortlarının keyfiyyət xüsusiyyətlərinə təsiri


Creative Commons License

Hüseynov M.

VIII International scientific conference of young researchers, Xirdalan, Azerbaijan, 26 - 27 April 2024, pp.220-225

  • Nəşrin Növü: Conference Paper / Full Text
  • Çap olunduğu şəhər: Xirdalan
  • Ölkə: Azerbaijan
  • Səhifə sayı: pp.220-225
  • Adres: Bəli

Qısa məlumat

Mineral gübrələrin səmərəliliyinin artırılması üçün torpağın qida maddələri ilə təmin olunması nəzərə alınaraq onların torpaqda optimal şəkildə paylanmasını düzgün həyata keçirmək lazımdır. Qeyd olunanlara əsasən tənəyin inkişaf fazalarında torpaqdan mənimsənilə bilən qida elementlərinin miqdarı dəqiq şəkildə müəyyən edilməlidir. Azərbaycanın müxtəlif regionlarından gətirilmiş və Ampeloqrafik kolleksiya bağında əkilib becərilən Təbrizi, Ağadayı, Rkasiteli, Qara kişmiş, Ağ oval kişmiş üzüm sortları tədqiqat obyekti olaraq seçilmişdir. Tədqiqat işi Abşeron yarımadasında həyata keçirilmişdir. Üzüm bağlarından tələb olunan məhsuldarlıq və keyfiyyətə malik məhsul əldə etmək məqsədilə tətbiq edilən əməliyyatlardan gübrələmənin təsiri daha çox müşahidə edilmişdir. Tumurcuqlarda və gözcüklərdəki çiçək topalarının əmələ gəlməsi və inkişafı normal şəkildə getdiyindən barlı zoğların miqdarı, salxımların sayı və kütləsi xeyli artır. II variantda Seleda 3 kq/tənək (kökdən) + Razormin 3 l/ha (yarpaqdan) və I variantda Seleda 2 kq/tənək (kökdən) + Razormin 3 l/ha (yarpaqdan) tənək daha sağlam olmaqla bərabər, böyük potensial barvermə qabiliyyətinə malik olur. Belə sahələrdə su mübadiləsi yaxşılaşır, bitkilərdə tərləmə və əsasən də su itkisi azalır, yazda tənəklərdə açılmış tumurcuqların faizi artır. Salxımın orta kütləsinin formalaşmasında gilələrin sayı və onların kütləsi əsas rol oynayır. Gilələrin kütlə göstəricisi süfrə sortları üçün xarakterik əlamət sayılır. Müəyyən edilmişdir ki, sortlar üzrə gilələrin ölçü və kütləsi onların biomorfoloji xüsusiyyətindən, mənşəyindən və ekoloji-coğrafi qrupundan asılı olaraq olduqca geniş diapozonda dəyişir.