Postmüharibə dövründə həssas qruplar üzrə sosial işin təşkili


Creative Commons License

Köçərli L., Köçərli Y.

Other, pp.68-71, 2021

  • Publication Type: Other Publication / Other
  • Publication Date: 2021
  • Page Numbers: pp.68-71
  • Azerbaijan State University of Economics (UNEC) Affiliated: Yes

Abstract

Sosial iş həssas qrupların sosial xidmətlərlə təminatında mühüm sahələrdən biridir. Bu gün Azərbaycanda postmüharibə dövründə sosial iş həssas qrupların bu və ya digər səbəbdən sosial-psixoloji vəziyyətini, məişətini çətinləşdirən və təkbaşına bacarmadıqları problemlərin həllində dövlət dəstəyini nəzərdə tutan sosial xidmətlərlə təminatıdır. Həssas qruplara aşağıdakılar aiddir: -Şiddətə məruz qalanlar;

-Həyatda dəyişikliklərə məruz qalanlar;

-Fiziki və ya əqli cəhətdən əlil olanlar;

-Anadangəlmə fiziki, əqli və zehni problemlərinə görə cəmiyyət içində sağlam şəkildə yaşaya bilməyənlər;

-Sonradan qazanılmış fiziki, əqli və zehni problemlərinə görə cəmiyyət içində sağlam şəkildə yaşaya bilməyənlər;

-Şəhid ailələri və qazilər;

Valideynlərini və ailə başçısını itirənlər və s.

Həssas qruplarla işin idarə olunmasinda diqqət edilməli olan əsas məqamlara köməkçi sindromuna düşməmək və «Qurban üçbucağina» düşməməyi qeyd etmək mümkündür. Karpman Drama Üçbucağı insanlar arasında ən çox yayılmış münasibətlər nümunəsidir. Təşkilatlar da insanlardan ibarət 70 olduğu üçün bu oyunu yalnız 2 nəfərlik şirkətlərdə deyil, yüzlərlə işçisi olan şirkətlərdə də görmək olar. Ünsiyyət gündəlik həyatımızın əvəzolunmaz elementlərindən biri hesab edilir. Özümüzü cəmiyyətdə ifadə etmək üçün sağlam ünsiyyət xüsusilə çox vacibdir. Ünsiyyətdə istifadə etdiyimiz dili yaxşı bilmək, bir-birimizi düzgün anlamağa kömək olan və ünsiyyət keyfiyyətimizi artıran amillərdən biridir. İnsanın özünü tanıması baxımından baxdığımızda, ünsiyyətdə çox fərqli bir pəncərə açılır: "JoHari Pəncərəsi". Johari pəncərəsi insanların özlərini və başqaları ilə münasibətlərini daha yaxşı anlamalarına kömək etmək üçün hazırlanmış psixoloji vasitədir. Bu model öz-özünü dərk etmə modeli də adlanır. Johari pəncərə modeli, fərdin başqaları haqqında qavrayışını yaxşılaşdırmaq üçün istifadə olunur.http://static.bsu.az/w22/neshrler/Beyn%C9%99lxalq%20konfrans.%2016-17%20noyabr%202021-ci%20il.pdf