Azərbaycanda beynəlxalq ticarətin tənzimlənməsi istiqamətləri


Creative Commons License

Allahverdiyeva M.

Cooperation, pp.129-134, 2024 (Peer-Reviewed Journal)

Qısa məlumat

Tədqiqatın məqsədi – Azərbaycanda xarici ticarətin təhlili, mövcud problemlərin aşkarlanması, tənzimlənmə istiqamətində milli qanunvericlik sahəsində müsbət və problemli cəhətlərin ortaya çıxarılması, dövlətin bu istiqamətdə hansı prioritet istiqamətləri ortaya çıxarması və bu istiqamətlə əlaqəli beynalxalq təcrübəyə əsaslanaraq təklif və tövsiyələrin hazırlanmasından ibarətdir. Tədqiqatın metodologiyası – iqtisadi təhlil, mövcud məlumatların toplanması, ölkədə xarici və birgə müəssisələrin faəliyyətinin retrospektiv təhlili, ölkə şirkətlərinin dünya bazarında fəaliyyətinin statistik təhlili və bütün bu məsələlərin nəzəri aspektlərinin təhlili həyata keçirilir. Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatın nəticələrindən respublikanın xarici iqtisadi siyasətinin hazırlanması və dünya təcrübəsi ilə əlaqələndirilməsi üçün istifadə edilə bilər. Tədqiqatın nəticələri – Azərbaycan Respublikasının beynəlxalq ticarətinin tənzimlənməsi nöqteyi-nəzərindən əhəmiyyətli material ola bilər. Tədqiqatın özünəxaslığı və onun elmi yeniliyi – hazırkı məqalədə respublikanın beynəlxalq ticarətinin tənzimlənməsi istiqamətində çox mühüm əhəmiyyətli məsələlər təhlil edilir. Azərbaycanın beynəlxalq bazara inteqrasiyasının hazırkı mərhələsində bu problemlərin aşkarlanması tədbirlərinin müəyyən edilməsi çox vacib elmi yenilik ola bilər.