Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərlər jurnalı, vol.25, no.44, pp.89-94, 2016 (Peer-Reviewed Journal)
Son dövrlərdə neftin qiymətinin kəskin azalması neft ixracatcısı olan ölkə olaraq respublikamızın iqtisadiyyatına bir başa təsir etmişdir. Qeyri-neft sektorunun son dövrlərdə inkşaf etməsinə baxmayaraq, neft sektoru iqtisadiyyatımızin əsasını təşkil etməkdə davam edir. Buna gorə də, baş verə biləcək maliyyə böhranın qarşısısnın alınması məqsədilə Mərkəzi Bank anti-böhran tədbirləri həyata keçirmişdir. Bu tədbirlərə devalvasiyanın tətbiqi və monetar siyasətin məzənnənin hədəflənməsi rejimindən inflyasiyanın hədəflənməsi rejiminə (İHR) keçidi aiddir.2008-ci il qlobal iqtisadi böhranından sonra dünya ölkələrində gedən iqtisadi proseslər onu göstərdi ki, monetar siyasətin istiqamətləri içərisində İHR ən səmərəlisidir. Beynəlxalq Valyuta Fondunun hesabatına görə bu rejimi tətbiq edən ölkələr böhranın neqativ təsirlərinə qarşı daha çox müqavimət potensialına malik olmuşdur. İHR rejimi zamanı pul siyasətinin əsas hədəfi mərkəzi bank tərəfindən elan edilmiş inflyasiya həddinin təmin edilməsindən ibarətdir. Mərkəzi Bank elan edilmiş inflyasiya göstəricisini əldə etməklə ölkədə qiymətlərin stabilliyinə nail olmağa calışır. Mərkəzi Bankın inflasiya həddini elan etməsi biznes dairələri, ev təsərrüfatları və dövlət sektorunda inflyasiya gözləntilərini formalaşdırır və onlar öz qərarlarını müəyyən edilmiş inflyasiya həddinə uyğun olaraq verirlər. Elan olunmuş inflayisya həddinə nail olmaq üçün Mərkəzi Bank pul siyasəti alətləri, transmissiya kanalları vasitəsilə bank və maliyyə sektorlarına təsir edərək məcmu tələbi müəyyən edilmiş inflyasiya həddinə uyğun olaraq formalaşdırır (1). Monetar siyasətin digər istiqamətləri ilə müqayisədə İHR-nin bir sira üstünlükləri vardır. Bu üstünlüklərə aşağıdakıları aid etmək olar.