Auditor fəaliyyətində məlumat mənbələrinin sistemləşdirilməsi problemləri


Creative Commons License

Hacıyeva A.

“İpək yolu” Azərbaycan Universite¬tinin elmi jurnalı, vol.1, no.1, pp.101-106, 2017 (Peer-Reviewed Journal)

Qısa məlumat

Məqalədə kommersiya təşkilatlarında maliyyə hesabatlarının dürüstlüyünün yoxlanması

məqsədi ilə auditin təşkili və aparılması qaydası şərh olunmuşdur. Yekun auditor rəyinin

tərtib olunmasında auditor sübutlarının toplanması ilk növbədə auditin obyektləri üzrə dürüst

və şəffaf informasiyanın mövcud olmasını tələb edir. Məqalədə həmin informasiyaların sis-

temləşdirilməsi problemləri və onların həlli ilə bağlı zəruru prosedurların aparılması

əsaslandırılmışdır.

Aparılmış auditin və iqtisadi təhlilin keyfiyyəti və nəticələrinin etibarlığı onun zəruri in-

formasiya ilə təmin olunmasından çox asılıdır. Auditor yoxlanmasında göstəricilərin qeyri-

tipik davranışının aşkar edilməsi, eləcə də fəaliyyətin fasiləsizliyi ehtimalının və işlərin

aparılmasının səmərəliliyinin qiymətləndiirlməsi müvafiq analitik prosedurlar vasitəsi ilə

həyata keçirilir ki, bu da zəruri informasiyanın mövcudluğunu tələb edir. İnformasiya toplan-

mış, işlənmiş, qruplaşdırılmış, ümumiləşdirilmiş və idarəetmədə istifadə üçün yararlı olan

məlumatlardır, daha doğrusu təsərrüfat subyektinin istehsal-maliyyə fəaliyyəti haqqında

məlumatlar sistemidir. İqtisadi subyektin idarə olunması prosesində iqtisadi qərarların

əsaslandırılması və qəbul edilməsi üçün istifadə olunan iqtisadi informasiya xarakterindən,

məqsədindən və təyinatından asılı olaraq müxtəlif mənbələrdən əldə olunur. Audit yoxlan-

masında iqtisadi təhlilin informasiya mənbələri, eləcə də iqtisadi subyektin əmlak, maliyyə

vəziyyəti və fəaliyyətinin son nəticələrinin qiymətləndirilməsinə imkan verən maliyyə əm-

salları onun rolu və məqsədinə müvafiq müəyyən edilməlidir. Məsələyə bu aspektdən

yanaşaraq belə bir fikir formalaşdırmaq olar ki, auditin mühüm elementi kimi onun məqsə-

dinə nail olmaqda iştirakçı və vasitəçi rolunu oynayan informasiya auditor fəaliyyətinin hə-

yata keçirilməsi gedişatında müvafiq metodiki əsasa malik olmalıdır.

İnformasiyanın riyazi nəzəriyyəsi informasiyanın müəyyən edilməsi və onun ki-

fayətliliyinin qiymətləndərilməsi üsullarını, onların saxlanması və ötürülməsi proseslərini

tədqiq edir. Plan, normativ, statistik, mühasibat, operativ məlumatların axınını, onların

saxlanmasını, işlənməsini və istifadəsini elmi əsaslarla və informasiyanın riyazi nəzəriyyəsi

əsasında təşkil etmək mümkündür. Auditin mühüm elementi kimi və onun keyfiyyətinin

yüksəldilməsini təmin edən səmərəli informasiya axınının yaradılması ilə əlaqədar problem-

lərdən biri də mövcud informasiyanın keyfiyyəti ilə bağlıdır. Bu baxımdan informasiya

təminatı üzrə bir sıra tələblərin– informasiyanın analitikliyi, onun dürüstlüyü, operativliyi,

müqayisəliliyi, rasionallığı kimi tələblərin irəli sürülməsi başa düşüləndir.