MÜASİR DÖVRÜN TRENDLƏRİ: “YAŞIL İQTİSADİYYAT VƏ DAYANIQLI İNKİŞAF” İQTİSADİYYAT VƏ SOSİAL ELMLƏR SAHƏSİNDƏ TƏDQİQATÇILARIN I BEYNƏLXALQ KONFRANSI KONFRANS MATERİALLARI. II HISSƏ, vol.7, pp.137-143, 2024 (Conference Book)
Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi, innovativ inkişafı, rəqabət qabiliyyətinin artırılması, enerji səmərəliliyinin təmini ilk növbədə iqtisadi artıma istiqamətləndirilsə də, əslində əsas məqsəd hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması və gələcək nəsillərin normal rifah şəraitinin təmin edilməsidir. İnformasiya cəmiyyəti iqtisadiyyatın prinsipləri əsasında davamlı inkişafın təmini kimi müəyyənləşdirilir. Bu isə dünya və ölkə miqyasında istehsalın və istehlakın ekolojiləşdirilməsini zəruri edir. Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı, ölkənin dayanıqlı inkişafını təmin etməklə yanaşı ekoloji tarazlığı qorumaq, iqtisadi diversifikasiyanı artırmaq və sosial ədaləti təmin etmək baxımından əhəmiyyətlidir. Bərpa olunan enerji mənbələrinin artırılması, su resurslarının mühafizəsi və tullantıların idarə edilməsi sahələrində atılan addımlar, və beynəlxalq əməkdaşlıq, Azərbaycanın yaşıl iqtisadiyyatakeçidini daha da sürətləndirir. Lakin maliyyə resursları, ictimai fikir və infrastruktur kimi çətinliklərinaradan qaldırılması, yaşıl iqtisadiyyatın uğurlu inkişafı üçün vacibdir. Ölkə, əsasən neft və qaz sektoruna dayansa da, bərpa olunan enerji mənbələrinə yönələn təşəbbüslər, xüsusilə günəş və külək enerjisinin potensialından istifadə etmək məqsədi daşıyır. Azərbaycan beynəlxalq iqlim öhdəliklərinə əməl etmək üçün yaşıl iqtisadiyyatın inkişafını da prioritet kimi müəyyən edib. Nəticə olaraq, yaşıl iqtisadiyyatın inkişafı Azərbaycanda yalnız ekoloji məsələləri həll etməklə kifayətlənməyib, həm də iqtisadi və sosial inkişafın təmin edilməsinə imkan yaradır. Yaşıl iqtisadiyyatın tətbiqi, Azərbaycanın daha dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyata keçidini təmin edəcəkdir.