AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU HEYDƏR ƏLİYEV 2 cildli 1-ci cild,, no.1, pp.83-94, 2013 (Peer-Reviewed Journal)
Tarix
yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsin- də nəsillərin yaddaşına həkk
olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd
Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Şah Abbas, Nadir
şah Əfşar kimi neçə-neçə qüdrətli şəxsiyyətlər bəxş etmişdir.
Əsrlər
keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi.
Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaları
sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.
Heydər
Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmi
bitib-tükənməyən, sahilləri gö- rünməyən ümmana bənzəyir. Misilsiz dövlət
xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlər- dən
Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmə- diyi ən yaxşı çıxış yolu
tapmaq bacarığı ona bəxş olunmuş Allah vergisi idi.