Azərbaycan Xalq Cümhuriyyətiin vergi siyasəti


Creative Commons License

Süleymanov N.

AZƏRBAYCANIN VERGİ JURNALI. Vergi Məcəlləsinə dəyişikliklər: Azərbaycanda fiskal siyasətin iqtisadi artıma təsirlərinin ekonometrik qiymətləndirilməsi ..................................................... Proqressiv vergi sisteminin inklüziv iqtisadi artıma təsirlərinin dəyərləndirilməsi: İƏİT ölkələri üzrə təhlil ..................................................... Social Entrepreneurship as a Tool in Achieving Sustainable Development Goals: Azerbaijani model ..................................................... The Link between Culture and Tax Evasion “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və sahibkarlığın dəstəklənməsi, vol.7, no.2, pp.47-53, 2018 (Peer-Reviewed Journal)

Qısa məlumat

Tədqiqat məqsədi ‒ Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən vergi siyasəti, vergi siyasətinin formalaşmasına dair qanunların qəbul edilməsi, vergilərin müəyyən edilməsi və yığılmasını həyata keçirən vergi struktur orqanlarının yaradılması, vergi siyasətinin yaxşılaşdırılması istiqamətində hökumətin həyata  keçirdiyi tədbirlər təhlil edilmişdir. Tədqiqatın metodologiyası ‒ sistemlı yanaşma, müqayisəli təhlil və ümumiləşdirmə Tədqiqatın nəticələri – torpağın, kənd təsərrüfatı mallarının neft məhsullarının və digər mülkiyyət növlərinin vergiyə cəlb olunması üçün əsaslar nəzərdən keçirilmiş, vergi orqanlarının mərkəzi və yerli şəbəkəsinin formalaşması, vergi növlərinin qanunla müəyyən edilməsi və vergi siyasətində hökumətin maliyyə resurslarından istifadə imkanları açıqlanmışdır. Tədqiqatın məhdudiyyəti – tədqiq olunan dövrdə AXC-nin vergi siyasəti, vergitutma ilə əlaqədar hökumətin həyata keçirdiyi tədbirlərin hərtərəfli təhlilinə aid elmi tədqiqat işlərinin məhdud olması Tədqiqatın praktik əhəmiyyəti ‒ müstəqil dövlət quruculuğu dövründə iqtisadi müstəqilliyin təmin olunması və müstəqil maliyyə-fiskal-vergi sisteminin qurulması, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə mütərəqqi vergi siyasətinin həyata keçirilməsinin öyrənilməsi müasir Azərbaycan Respublikası üçün təcrübi əhəmiyyətə malikdir. Tədqiqatın orijinallığı və elmi yeniliyi – AXC dövründə həyata keçirilən vergi siyasəti ilə bağlı məsələlər kompleks şəkildə tədqiq edilmişdir.  Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, dövlət maliyyəsi, bank sistemi, iqtisadi siyasər, vergiqoyma