Pulun Diktaturası


Qafarov Ş.

Bakı Universiteti nəşriyyatı, Baku, 2014

  • Nəşrin Növü: Book / Textbook
  • Nəşr tarixi: 2014
  • Nəşriyyat: Bakı Universiteti nəşriyyatı
  • Çap olunduğu şəhər: Baku
  • Açıq Arxiv Kolleksiyası: Kitab
  • Adres: Bəli

Qısa məlumat

Monoqrafiyada pulun bütün incəliyinə və eybəcərliyinə qədər cəmiyyət həyatında oynadığı rol, onun diktatorluğu, pula verilən elmi təriflər, pul haqqında müxtəlif deyimlər, bu möcüzəli, sirli, cazibədar, qeyri-adi güc və qüdrətə malik bəşər sivilizasiyasına meydan oxuyan, dünyada bütün müharibələrin, toqquşmaların səbəbi olan, həm də insanlara zənginlik gətirən və onlara sanki “qürurluq” verən, insan olmayanı “insan” edən, maddi dünya adlanan bir dünyanı formalaşdıran pulun təhlili verilir. Monoqrafiyada daha dərinə gedərək aşağıdakı suallar cavablandırılır: pulsiyasətdirmi, iqtisadiyyatdırmı, vəzifədirmi, ailədirmi, məhəbbətdirmi, mənəviyyatdırmı, dostluqdurmu, yoldaşdırmı, namusdurmu, qeyrətdirmi, ədalətdirmi, həqiqətdirmi və s. və i.a...? Rüşvət və korrupsiya pulun “yeni” funksiyasıdırmı? Bazar iqtisadiyyatı pul iqtisadiyyatıdırmı? Pul yaşadığımız cəmiyyətdə bütün hadisə və proseslərdə diktatordurmu? Bir sözlə - pul bütün münasibətlərin əsasıdırmı? Monoqrafiya elmi işçilər, müəllimlər, doktorantlar, magistrlər, bakalavr təhsili alanlar, iqtisadçılar və iqtisadi məsələlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. İqtisadi islahatların aparılmasında, gənclərin mənəviyyatının pozulmasının, boşanma problemlərinin qarşısının alınmasında, qadının iqtisadiyyatda, siyasətdə rolu məsələsində, iqtisadi-maliyyə böhranının aradan qaldırılması sahəsində, neftdən əldə edilən gəlirin bölüşdürülməsində və dövlət büdcəsinin formalaşması sahəsində iş aparan dövlət və qeyri-dövlət strukturları da monoqrafiyada irəli sürülmüş elmi-nəzəri müddəalardan bəhrələnə bilərlər.