Azərbaycan dilinin saflığının qorunması müasir cəmiyyətimizin ən ümdə tələbi kimi


İsmayılova X.

Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, no.1(89), pp.235-240, 2022 (Peer-Reviewed Journal)

Qısa məlumat

Azərbaycan dilinin saflığı, milliliyi, təmizliyi, uğrunda fəaliyyət, əslində evdə, məhəllədə başlayıb, məktəbdə, cəmiyyətdə tamamlanmalıdır. Azərbaycan xalqının varlığını yaşadan ana dili min illərdir ki, onun milli və mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili xalqımızın qürur mənbəyidir. Xalqın tarixi kökləri, mədəni irsi, elmi təfəkkürü, ictimai inkişaf yolu məhz bu xəzinədə qorunur, bu saxlanc ilə yaşayır. Onu qorumaq isə dilin daşıyıcısı olan xalqın borcudur. Nəzərə alsaq ki, hazırda qloballaşma prosesi siyasi, iqtisadi və ictimai-mədəni təmərküzləşmə fonunda dilləri də yoxolma təhlükəsi ilə üz-üzə qoyur, onda ana dilini qoruyub-yaşatmağın necə önəmli bir vəzifə olduğu bir daha aydın olur. Açar sözlər: ana dili, dövlət, təhsil, nitq mədəniyyəti, dəyərlər