Filologiya məsələləri, pp.136-142, 2025 (Peer-Reviewed Journal)
Əsas məqsədi praktiki və əməli məsələlərin həlli, əməkdaşlığın qurulması, iş
proseslərinin səmərəliyinin artırılması olan işgüzar kommunikasiyada aydınlığın və
dəqiqliyin təmin edilməsi vacib şərtdir. Bu məqsədlə işgüzar kommunikasiya
prosesində işgüzar yazışma və danışıqlar zamanı terminlərdən düzgün istifadə
məlumatın tam, düzgün anlaşılmasını təmin edir. Bu mənada definitiv terminlər
kommunikasiyada daha böyük əhəmiyyət daşıyır. Bu terminlər müəyyən mövzu və
ya sahə ilə bağlı konkret və dəyişməz anlayışları ifadə etməklə işgüzar
kommunikasiya zamanı qarışıqlığın və yanlış anlaşmaların qarşısını alır, nəticədə
tərəfdaşların eyni anlayışlar üzərində razılaşmalarını və əməkdaşlığın daha effektiv
və səmərəli, uğurlu olmasını təmin edir.
Açar sözlər: işgüzar kommunikasiya, definitiv terminlər, anlayış, dəqiqlik,
aydınlıq.