XIX yüzilliyin 40-cı illərində Quzey Azərbaycanda müstəmləkə rejiminə qarşı xalq çıxışları tarixindən.
vol.10, no.4, pp.393-402, 2004 (Peer-Reviewed Journal)
- Publication Type: Article / Article
- Volume: 10 Issue: 4
- Publication Date: 2004
- Page Numbers: pp.393-402
- Open Archive Collection: Article
- Azerbaijan State University of Economics (UNEC) Affiliated: Yes
Abstract
XIX əsrin 30-cu illərində Şimali Azərbaycanın müxtəlif bölgələrində baş vermiş, ilk növbədə çarizmin müstəmləkə rejiminə qarşı çevrilmiş güclü üsyanlardan sonra müstəmləkəçilər öz dəst-xətlərində az da olsa, müəyyən dəyişikliklər etməyə məcbur oldu. Komendant idarə üsulunun ləğvi Rusiyada mövcud olan idarəçilik sisteminin Cənubi Qafqazdakı rus müstəmləkələrində tətbiqi nəticəsində 40-cı illərin antimüstəmləkə çıxışları 30-cu illərlə müqayisədə nisbətən sakit keçmişdi. Lakin bu heç də o demək deyildi ki, çarizmə qarşı azadlıq hərəkatı tamamilə dayanmışdı. Əksinə, çarizmin müstəmləkəçilik siyasəti 40-cı illərdə də xalq azadlıq hərəkatının canlanmasına səbəb olmuşdu. Bu kimi canlanmalar 1843-1844-cü illərdə özünü daha bariz şəkildə göstərmişdi.