Copy For Citation
Müslumat Allahverdiyeva M., Samirə Mustafayeva S. M.
PAHTEI, vol.27, no.04, pp.321-331, 2023 (Conference Book)
-
Publication Type:
Article / Article
-
Volume:
27
Issue:
04
-
Publication Date:
2023
-
Doi Number:
10.36962/pahtei27042023-321
-
Journal Name:
PAHTEI
-
Page Numbers:
pp.321-331
-
Azerbaijan State University of Economics (UNEC) Affiliated:
Yes
Abstract
Reklam bazarı reklam xidmətləri və reklam materillarının əmtəə kimi çıxış etdiyi əmtəə mübadiləsi sferasını özündə əks etdirir. Bu bazarda digər bazarlar kimi tələb və təklifdən aslı olaraq iqtisadi qanunauyğun olaraq inkişaf edir. Müasir reklam bazarı gərək daha aktiv reklam xidməti fəaliyyətinin obyekti olsun. Reklam bazarı çox spesfik infrastruktura malikdir ki, bura müxtəlif reklam növləri, reklam yayım vasitələri, reklam vericilər, reklam obyektləri, həm də reklam fəaliyyətini stimullaşdıran və tənzimləyən strukturlar, idarələr daxildir. Reklam bazarının strukturu daim ölkənin təsərrüfat daxili bazarının ümumi konyukturasının meyillərinin təsiri altında dəyişir. Bunun nəticəsində struktur və miqdar dəyişmələri ayrı-ayrı reklam bazarı elementlərinin, reklam fəaliyyətinin tənzimlənməsi və təşkili sistemi, həm də reklam informasiyasının genişlənməsi vasitəsi və növləri üzrə genişlənə bilər. Reklam bazarının strukturu payların kəsişməsində, müxtəlif reklam vasitələri və növlərinin prespektiv istifadəsində müxtəlif ölkələrdə fərqlidir. Məqalədə Azərbaycan reklam bazarında bu strukturun inkişafının əsas tendesiyalarını təhlil ediləcəkdir. Azərbaycanda reklam növləri beynəlxalq standartlara bu gün yaxınlaşır. Dövrü mətbuatda, firma bülletenlərində, rublika elanlarından, illüstrasiyalaradək reklam elanları mövcuddur. Həmişə olduğu kimi kütləvi cap reklamı prospektlər,kataloqlar, bukletlər, afişalar, plakatlar, vərəqlər, kolendarlar çox məşhurdur. İri formatlı çox vərəqli plakatlar dayanıqlı boyalar, multivizyonlu sinxron plakatlar, videodivarlar, pannolar qaz işiqlı cardak qurğuları olan bilbordların sayı artır. Şəhərlərdə tranzit reklam vasitələri aeroportlarda, vağzallarda, metrolarda onların daxili salonlarında reklamlar çox məşhurdur.Yeni ticarət şirkətləri və mağazalar taro firma qablaşdırılması, xüsusi konstruksiyalar, poliekrular, asılqanlar müasir vitrinlərin ortaya çıxması satış yerində reklamın artımını stimullaşdırırlar. Televizya və radio reklamında əhəmiyyətli dəyişikliklər baş verdi. Efir reklamında kompüter qrafikası, animasiya texnologiyalarının istifadəsi populyar aktyorların cəlb olunması ilə spotları rolikləri müxtəlif dayaqlar iştirak edir. Reklam yayım vasitələrindən liderlik edən gənc Azərbaycan reklamı özünəməxsus poliqonunda televizya reklamıdır. Praktiki olaraq Azərbaycan bazarında bütün reklam liderləri öz uğurlarına görə televiziyaya borcludurlar.
Açar sözlər: reklam, stimullaşma kompleksi, reklam bazarı, televiziya reklamları, küçə reklamları.