Sosial xidmətin beynəlxal hüquqi tənziminin anlayışı və mənbələri


Creative Commons License

Səbzəliyeva S.

Odlar Yurdu Universitetinin Elmi və pedaqoji xəbərləri. Humanitar elmlər seriyası, XXXII buraxılış, pp.161-166, 2011 (Peer-Reviewed Journal)

Abstract

This article presents a study of matters related to the international legal regulation of social services. The concept of international legal regulation of social services is defined and the analysis of international legal acts related to the human right for social services is made. The author comes to the conclusion that the Azeri legislature is currently challenged to adopt regulatory standards in full conformity with international norms of legal regulation of social services

Sosial təminat haqqında beynəlxalq normaların daxili qanunvericiliyə təsirinin aşağıdakı üsulları mövcuddur: ratifikasiya olunduqdan sonra beynəlxalq aktların birbaşa tətbiq edilməsi; beynəlxalq normaların qanunvericiliyin mətninə daxil edilməsi; ratifikasiya olunmuş və ya ratifikasiya olunmamış aktların müddəalarının daxili qanunvericiliyin köməyi ilə reallaşdırılması (2, s.446). Beynəlxalq hüquqi tənzimləmənin uzlaşdırılması gələcəkdə müxtəlif dövlətlərin qanunvericiliklərində əks oluna biləcək ümumi prinsiplərin formulə edilməsinin köməyilə həyata keçirilir. Uzlaşdırmanın ən bariz nümünələrindən biri kimi “Sosial siyasətin əsas məqsədləri və normaları haqqında” (1962-ci il) BƏT-in 117 №-li Konvensiyası çıxış edir. Həmin konvensiyaya görə səhiyyə, mənzil, mənzil tikintisi, ərzaq təminatı, təhsil, uşaqların rifahı, qadınların vəziyyəti, sosial xidmət və s. kimi sahələrdə inkişafa yardım etmək üçün beynəlxalq, regional və milli səviyyədə bütün mümkün tədbirlər həyata keçirilməlidir.