İngilis dilində inversiya hadisələrinin stilistik-sintaktik xüsusiyyətləri və onun sadə cümlə tərkibində müvafiq nitq elementləri ilə əvəzlənməsi


Creative Commons License

Yusubova Z., Cabarova G.

Filologiya məsələləri, no.4, pp.150-156, 2022 (Peer-Reviewed Journal)

Qısa məlumat

Məqalə müxtəlifsistemli dillərin söz sırasına və bununla bağlı mətn əlaqələrinə həsr olunmuşdur. İngilis dilində nəqli cümlələr sabit söz sırasına malikdir. Hər bir cümlə üzvü müəyyən mövqelərdə yerləşir və söz sırasının pozulması mənanın dəyişməsinə, yaxud cümlədə mənasızlığa gətirib çıxarır.İngilis dilində cümlədə söz arası,mübtəda, xəbər,tamamlıq zərflik qaydaları düzülüşü üzrə formalaşır.İngilis dilində sual cümlələrinin inversiyası geniş yayılmışdır.Belə cümlələrin xüsusi intonasiyası və kommunikativ məqsədi olur.

Məlum olur ki, sözlərin sıralanması və bu xüsusda meydana çıxan inversiya hadisəsi məsələsi həmişə dilçilərin diqqət mərkəzində olmuşdur.Söz sırası mətnin təşkilində həm qrammatik,həm də üslubi funksiya daşıyır.Başqa sözlə,söz sırası həm bilavasitə əlaqələrin yaranmasında,komponentlərin bir-biri ilə qrammatik əlaqəsinə kömək edir,həm də emosionallığa xidmət edir.Azərbaycan dilçiliyində S.Cəfərov, O.Musayev, R.Xəlilov, Ş.Yusifli, Ə.Cavadov, M.Bayramov; ingilis dilçiliyində M.Lazarkeviç, T.Koblens və başqaları bu problemlə bağlı araşdırmalar aparmışlar. Onlar belə nəticəyə gəlmişlər ki, hər bir dil hadisəsi kimi, cümlədə sözlərin sıralanması da müəyyən qanunlar əsasında baş verir. Bilirik ki, mətn cümlələr vasitəsilə reallaşır. Söhbət təkcə mətnin reallaşmasından getmir, əsas məsəslə mətndəki mövzunun qavranılmasından gedir. Bununla yanaşı,mebahisəli məsələlər də mövcuddur: bu da ondan ibarətdir ki, dildə vahid sıra sisteminin qanunauyğunluğu müəyyənləşmədiyi üçün hansı cümlənin birinci sıraya,hansı cümlənin isə çevrilmə olduğudəqiq göstərilməmişdir, yəni araşdırma bir tərəfli aparılmışdır. Beləliklə bir dil hadisədi kimi sıralanmanın məzmun və mahiyyəti açılmamış,sintaktik vahidlərin sıralanmasından təcrid edilmiş şəkildə söhbət getmiş, bizcə sıra bir sistem kateqoriya kimi nəzərdə tutulmamışdır.