Aqrar elmin müasir problemləri, ətraf mühit və ərzaq təhlükəsizliyi, Baku, Azerbaijan, 3 - 04 June 2025, pp.381-388, (Full Text)
Dəniz sahilindəki bir üzümlüyün iqlim xüsusiyyətlərindəki dəyişiklik tənək və üzümlərin böyüməsinə və inkişafına təsir göstərir. Belə təsirlərini başa düşmək, üzümün keyfiyyətini yüksəltmək üçün üzümçülük əməliyyatlarının necə dəyişdirmək lazım olduğunun müəyyənləşdirilməsində çox əhəmiyyətlidir. Bu araşdırmanın məqsədi dağlar və dəniz arası terroirin gilə tərkibi, üzüm yetişkənliyi və istehsal olunan şərablar üzərindəki təsirlərini qiymətləndirməkdir. Böyük Qafqaz dağlarının ətəyində və Xəzər dənizinin sahilində Samur-Dəvəçi ovalığında Ağbaş kəndində yerləşən bir üzümlükdə becərilən Saperavi, Merlot, Mədrəsə, Muskat, Şardone və Cabernet Sauvignon üzüm sortlarının titrlənən turşuluğu, pH və şəkər qatılığı tədqiq edilmiş, müvafiq olaraq bu üzüm sortlarından istehsal olunmuş şərablarda etil spirtinin həcm payı, şəkərlərin kütlə qatılığı, titrlənən turşuların kütlə qatılığı, uçucu turşuların kütlə qatılığı, ekstraktivlik, ümumi və sərbəst kükürdün miqdarı standartlara əsasən təhlil edilmişdir.