“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLAR: NƏTİCƏLƏR VƏ PERSPEKTİVLƏR”, Baku, Azerbaijan, 06 May 2021, pp.415-421, (Full Text)
Ümummilli lider Heydər Əliyevin milli təhsil sisteminin mahiyyəti, məzmunu və əsas inkişaf xüsusiyyətləri nəzərdən keçirilmiş, müasir təhsil sisteminin maliyyələşdirilməsi üzrə Heydər Əliyev modelinin mühüm əlamət və prinsipləri vurğulanmışdır. “Təhsil” bölməsi üzrə dövlət büdcəsindən ayrılan xərclərin elmi təsnifatına müəllif yanaşması əsaslandırılmış, onların formalaşması istiqamətləri açıqlanmış və ölkənin dövlət büdcəsində təhsil xərclərinin əhəmiyyəti əsaslandırılmışdır. Məqalədə həmçinin dövlət təhsil xərclərinin, təhsilə yönəldilən əsaslı vəsait qoyuluşlarının inkişaf dinamikası təhlil edilərək qiymətləndirilmiş, təhsil infrastrukturunun müasirləşdirilməsi və bərpası istiqamətindəki problemlərə aydınlıq gətirilmişdır. Bununla yanaşı, ali təhsil xərclərinin təhsilin digər pillələri ilə müqayisədə daha bahalı olduğunu nəzərə alınmaqla, bu sahəyə dövlət dəstəyinin artırılması, eləcə də Azərbaycanda iqtisadi cəhətdən davamlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən Heydər Əliyev milli təhsil sisteminəadekvat təkmiltəhsil sisteminin maliyyələşdirilməsi modelinin yaradılması zəruriliyi müəyyənləşdirilmişdir. Açar sözlər: təhsil sistemi, təhsil xərcləri, maliyyə sistemi,Heydər Əliyev inkişaf modeli, təhsil strategiyası