Corporate Academic Degrees: i.f.d.
Institutional Information: Rus Iqtisad Məktəbi, Tətbiqi Iqtisadiyyat Kafedrası, Maliyyə
WoS Research Areas: Management, Economics
Scopus Research Areas: General Decision Sciences, General Economics, Econometrics and Finance
Avesis Research Areas: Theory of Public Finance, Fiscal Law, Financial Economics, Banking - Insurance

Names in Publications: Губадова Айбениз, Gubadova Aybaniz, Qubadova.Aybaniz
Metrics

Publication

73

Publication (WoS)

3

Publication (Scopus)

9

Open Access

2
UN Sustainable Development Goals
Biography

Qubadova Aybəniz Ənvər qızı 1987-ci ildə “Mühasibat uçotu və iqtisadi təhlil” ixtisası üzrə  D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

1999-2006-cı illərdə Azərbaycan Maliyyə İqtisad Kollecinin müəllimi, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi təhlil  və audit” kafedrasının 0,5 ştat müəllimi, 2010-2015-ci illərdə “Vergi və vergiqoyma” kafedrasının müəllimi, baş müəllimi, 2015-ci ildən dosent vəzifəsində işləyib.

A.Ə.Qubadova 2009-cu ildə “Bazar münasibətləri şəraitində istehsala məsrəflərin uçotu və təhlilinin metodiki problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında diplomunu almışdır.

  2017-2022-ci illərdə “İqtisadiyyat” kafedrasının, 2022-ci ildən hal-hazıra kimi “Tətbiqi iqtisadiyyat” kafedrasının dosentidir.

      A.Ə.Qubadova 138,6 çap vərəqi həcmində 37 elmi məqalənin, 3 tədris proqramının, 2 dərs vəsaitinin müəllifidir.

Müdafiədən sonra SCOPUS,  Web of Science sistemində indeksləşən və digər beynəlxalq nüfuzlu elmi jurnallarda  7 məqaləsi, son 5 ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərdə 5 məqaləsi nəşr olunub. Beynəlxalq konfranslarda məruzələrlə çıxış edir.

A.Ə.Qubadova 2019-cu ildən «Daxili fiskal siyasət və dövlət maliyyəsi» mövzusunda UNEC-də iqtisad elmləri doktoru elmi dərəcəsi proqramı üzrə  doktorluq dissertasiyası üzərində çalışır.

A.Ə.Qubadova Universitetdə çalışan dövr ərzində öhdəsinə düşən  vəzifələri layiqincə yerinə yetirir, ictimai işlərdə fəal iştirak edir.