Korporativ Akademik dərəcələr: f.f.d.
Müəssisə məlumatları: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Elektirik Və Elektronika Mühəndisliyi
WoS Tədqiqat Sahələri: Physics, Natural Sciences (Sci), Physics Condensed Matter
Scopus Tədqiqat Sahələri: Electronic, Optical and Magnetic Materials
AVESİS Tədqiqat Sahələri: Physics, Natural Sciences

Nəşrlərdə adlar: ƏHMƏDOVA ARZU, Ahmedova Arzu, Arzu Ahmadova ,Ахмедова Арзу
Ölçülər

Nəşr

45

Nəşr (WoS)

5

Nəşr (Scopus)

5

İstinad (WoS)

1

İstinad (Scopus)

5

H-indexi (Scopus)

1

İstinad (Scholar)

3

H-indexi (Scholar)

3

Açıq giriş

3
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

fiz.f.d., dos. Əhmədova Arzu Musa qızı

30.10.1970-ci ildə Ağdam şəhərində anadan olub.

1977-1987-ci illərdə Sumqayıt şəhəri 28 saylı orta məktəbdə təhsil alıb.

1987-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika  fakültəsinə daxil olub,1992-ci ildə həmin universiteti fizikaşünas, fizika müəllimi ixtisası üzrə bitirib.

2011-ci ildə “TlIn1-xYbxSe2(Te2) bərk məhlullarında elektrik və istilik xassələrinin xüsusuyyətləri” mövzusunda namizədlik dissertasiya işini müdafiə edib.

Fizika üzrə fəlsəfə doktorudur

1992-1994-cü illərdə “Azinam” k/m-də iqtisadçı vəzifəsində çalışmışdır.

1994-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində baş laborant, assistent, baş müəllim vəzifələrində çalışmışdır.

2014-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində iş fəaliyyətinə başlayıb.

2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasının baş müəllimi olub.

Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda və simpoziumlarda elmi məqalələrlə çıxış etmiş və diplomla təltif olunmuşdur.

100-ə yaxın elmi və elmi-metodiki işlərin müəllifidir. Bunlardan 42-si məqalə 58-i tezisdir. Bu məqalələr SCOPUS və  Web of Science sistemində yüksək indeksli jurnallarda,  Beynəlxalq nüfuzlu elmi jurnallarda, müxtəlif ölkələrdə keçirilən mötəbər Beynəlxalq Elmi Simpozium və Konfransların materiallarında və eləcə də Azərbaycan Respublikanın və Xarici Ölkələrin çox nüfuzlu elmi jurnallarında nəşr olunub.

A.M.Əhmədova ali məktəblər üçün yazılmış 16 fənn proqramının, 2 dərs vəsaitinin müəllifidir.

“İqtisadçı Fiziklər” tələbə elmi dərnəyinin rəhbəridir.

Qazi Universitetinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə “Elektrik və elektron texnikasının materialları“ və “Bərpa olunan enerji mənbələri və ondan istifadə” fənləri üzrə və UNEC-də keçirilən “Soft skills” (Yumşaq bacarıqlar) təliminin sertifikatlarını almışdır.

Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentdir.

Ailəlidir. İki qızı var