Mən, Məmmədov Akif Bəylər oğlu 20.05.1951-ci ildə
Ucar rayonunda anadan olmuşam. 1957-1967-ci illərdə orta məktəbdə təhsil
almışam. Elə həmin il Bakı şəhərində D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutuna daxil olmuşam və 1971-ci ildə
həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm və sonra həmin
institutun aspiranturasına daxil olmuşam.
1972-1973-cü illərdə hərbi xidmətdə olmuşam.
1974-cü ildən 1995-ci ilə qədər əvvəllər Moskva Kooperativ İnstitutunun Bakı
filialı, sonralar isə Azərbaycan Kooperasiya İnstitutuna çevrilən tədris müəssisəsində
laborant, assistent, dosent və dekan vəzifələrində çalışmışam.
1983-cü ildə siyasi iqtisad üzrə namizədlik
dissertasiyası müdafiə edərək iqtisad eləmləri namizədi elmi dərəcəsi, 1986-cı
ildə isə Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışam.
1996-cı ildən 2005-ci ilə kimi əvvəllər Bakı Dövlət
Əmtəəşünaslıq-Kommersiya İnstitutu adlanan ali təhsil müəssisəsində, 2000-ci
ildən isə Prezidentin fərmanı ilə yaradılmış Azərbaycan Dövlət İqtisad
Universitetində dosent, dekan müavini vəzifələrində çalışmışam.
2005-ci ildən 2015-ci ilə qədər Azrbaycan Dövlət
İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-2”, 2015-2022-ci ildə isə adı dəyişdirilərək
“Nəzəri və praktiki iqtisadiyyat”, 2022-ci ilin sentyabrından hal-hazıra kimi
yeni yaradılan “İqtisadiyyat” kafedasının dosentiyəm.
Ailəliyəm və 2 övladım var.
- Elektron poçt
- akif_mammadov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/akif_mammadov