Ölçülər
Tərcümeyi hal
Tərcümey Halı
Mən,
Əli Ağa Atxam oğlu İsmayilzadə, 09 mart 1958 ildə Baki şəhərində anadan olmuşam.
1975-ci ildə orta məktəbi, 1979 ildə
D.Büniyatzadə adına Azərbaycan Xalq Təssərüfat İnstitutun“Əmiyin İqtisadiyyatı”
ixtisası üzrə bakalavr pilləsini Fərqlənmə Diplomu ilə, 1986 ildə isə həmin
Universitetin Aspiranturasını əla giymətlərlə bitirmişəm. 1987-ci ildə “Fərdi
əmək məhsuldarlığının qiymətləndirilməsinin və ölçülməsinin dəyər göstəricilərinin
təkmilləşdirilməsi (Azərbayçan SSR-nin elektrotexnika sənayesini və neft
maşınqaayırma müəssisələrinin materialları əsasında)” mövzusunda namizədlik
dissertasiyasını müdafiə edərək iqtisadi elmlər namizədi elmi dərəcəsini almışam.
1999 ildə Nidelrandın Amsterdam
Universitetin MBA programını bitirmişəm.
Praktiki iş fəaliyyatim 1979-1983
illərdə Russiya Federasiyasının “ Tatneft” və “KAMAZ” Birliklərində, Azərbaycanın
“Bakkondisioner” müəssisəsində olub.
Dörd Beynəxalq
proyektdə iştirak etmişəm:
1).1997-1999 illərdə
Avropa Təhsil Fondunun respublika üzrə eksperti olmuşam; 2).Dünya Bankinin
Respublikada kurrikulumların tərtib edilməsi üçün yaratdığı ekspertlər qrupun
üzvü olmuşam və orta məktəblər üçün HƏYAT
BİLGİSİ kurrikulumunun yazılmasında
birbaşa iştirak etmişəm;
3).İsrail və
Azerbaycan təhsil nazirliklərinin birgə yaratdıqları “Yumşaq bacarıqlar” beynəxalq
proqramda iştirak etmişəm;
4).FİBBA-nın BMDM
fakultəsinin beynəxalq akkreditasiyasını keçirilməsi üçün təşkil edilmiş işçi qrupun
üzvü olmuşam.
Hal-hazırda mən 88 elmi məqalənin və
tezisin, 6 tədris proqramının, 2 monoqrafiyanın və 1 tədris vəsaitin müəllifiyəm.
Beynəxalq reytinqli jurnallar və nəşriyatlarda 6 məqaləm və tezisim
çap olunub, 10 beynəxalq Konfraslarda iştirak etmişəm.
2017 ildən “İqtisadi və Texnoloji Elmlər” kafedrasında dosent vəzifəsində və Təhsil
Nazirliyinin SABAH qruplarında çalışıram, 3 dildə (azərbaycan, ingilis və rus) dillərində
tədris aparıram.
Təhsil Məlumatı
1983 - 1986
1983 - 1986