Əli
İsmayil oğlu Əliyev 1960-cı il təvəllüdlü, azərbaycanlı. Hal-hazırda Azərbaycan
Dövlət   İqtisad Universitetinin “ UNEC
Dizayn”  məktəbinin baş müəllimidir.
      Mən, Əli
İsmayıl oğlu Əliyev (Əli İsmayıl Əliyev) 1960-ci ildə  anadan olmuşam. 1977-ci  ildə  orta məktəbi bitirərək,   Ə.Əzimzadə adına  Azərbaycan  Dövlət Rəssamlıq  məktəbinə daxil olmuş və oranı  1983-cü ildə 
“Bədii tərtbat” (Dizayn) ixtisası üzrə 
bitirmişəm.  1978-80-ci illərdə
hərbi  xidmətdə  olmuşam.
     1983-cü ildə 
M. A. Əliyev adına  Azərbaycan 
Dövlət  İncəsənət Universitetinin
Rəssamlıq fakültəsinə daxil olmuş, 1989-cu ildə bu ali təhsil ocağını  “ Qrafika”  ixtisası  üzrə  bitirmişəm.
     1989-2003-cü illər ərzində C.Cabbarlı ad.
“Azərbaycanfilm” kinostudiyasında- Azərbaycan Animasiya filmləri birliyində
quruluşçu rəssam kimi fəaliyyət göstərmiş, bir sıra animasiya filmlərində
rəssam, quruluşçu rəssam və rejissor kimi çalışmışam. 
     1986-cı
ildən etibarən 30-dan çox respublika rəssamlıq, qrafika və dizayn sərgilərndə  iştirak etmişəm.  1989-cu ildən 
Rəssamlar  ittifaqı gənclər, 2005-
ci ildən  isə Rəssamlar İttifaqının  üzvüyəm. 
2002-ci  və 2019- cu illərdə  Bakıda 
fərdi yaradıcılıq sərgilərim 
keçirilmişdir.  2019-cu ildə ümumi
yaradıcılığımı əks etdirən albom nəşr edilmişdir. 2023-cü ildə isə "Abşeron rəssamlıq məktəbi" adlı monoqrafiyam AMEA Memarlıq və İncəsənət institutunun qərarı ilə çap edilmişdir.
       2000-ci ildən dövlət tədbirlərinin
dizayn və tərtibat işlərində iştirak edirəm. Müxtəlif illərdə Bakı şəhər
meriyası, Azərbaycan Xarici işlər nazirliyi xətti ilə  reklam, dizayn  tərtibatı və siyasi plakat ilə bağlı dövlət
tədbirlərində xidmətlərim vardır. 
       2009- cu ildən Azərbaycan  Dövlət 
İqtisad  Universitetində “UNEC
Dizayn məktəbində” müəllim, hal-hazırda baş müəllim kimi calışıram. 
      2018- 2021 ci
ildə  Bakı Xoreoqrafiya Akademiyasında dissertantura təhsili almışam. Bu müddət
ərzində müxtəlif beynəlxalq və ölkə konfraslarında çoxsaylı elmi məqalələrlə
çıxış etmişəm. Elmi məqalələrim eyni zamanda nüfuzlu elmi jurnallarda çap
olunmuşdur. İndiyə qədər ölkə və xarici ölkələrin elmi jurnallarında çap
olunmuş on  yeddi (17) elmi məqalənin, 1 monoqrafiya və 1 albomun  müəllifiyəm. 
- Elektron poçt
 - alialiyev@unec.edu.az
 - Veb Səhifəsi
 - https://avesis.unec.edu.az/alialiyev