Institutional Information: Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzi
WoS Research Areas: Metallurgy & Metallurgical Engineering, Materials Science Coatings & Films, Materials Science Characterization & Testing, Nanoscience & Nanotechnology, Engineering, Materials Science, Materials Science Multidisciplinary, Materials Science Composites, Physics Condensed Matter
Avesis Research Areas: Material science and engineering, Physical Properties, Composites, Intermetallics, Metallic Materials, Nanomaterials, Structure-Property Relationship, Physics, Condensed Matter 1: Structural, Mechanical and Thermal Properties, Structure of Liquids and Solids; Crystallography, Surfaces, Interfaces, Thin Films and Nanosystems, Natural Sciences, Engineering and Technology

Names in Publications: Mehrabov Əmdulla
Metrics

Publication

63

Publication (WoS)

37

Publication (Scopus)

62

Citation (Scopus)

749

H-Index (Scopus)

14
UN Sustainable Development Goals
Biography

Mehrabov Əmdulla Oruc oğlu, fizika-riyaziyyat elmləri doktoru, 1974-cü ildə Azerbaycan Dövlət Universitetinin (ADU) (indiki BDU)-nun fizika fakultəsindən məzun olmuş və həmin il Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakultəsində “Bərk Cisimlər Fizikası” (BCF) ixtisası üzrə aspiranturaya gəbul olunmuşdur. 1978-ci ildə MDU-da dissertasiya işini müdafiə etmiş və BCF ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

1978-ci ildə MDU-dan ADU-ya qayıdaraq “Optika və Molekulyar Fizika” kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində işlemişdır.

1984-cü ildə Yaponiyanın Tokyo Universitetinin “Materiallar Elmi və Mühədisliyi” departamentində 10 aylıq elmi-tədqiqat işləri aparmaq və dərs vermək üçün ezam olunmuşdur.

1989-cu ildə Tbilisi Dövlət Universitetindəki BCF üzrə ixtisaslaşdırılmış Elmi Şurada doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru alimlik dərəcəsi almışdır.

1991/92-ci illərdə ABŞ-in Kaliforniya ştatındakı Kaliforniya Universitetinin “Nüvə və Kimya Mühəndisliyi” departamentində bir semestr Fullbrayt professoru olarak çalışmışdır.

Sovetlər İttifaqı dağıldıqdan sonra, 1992-2023 illeri arasında Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texniki Universitetində (ODTU) Mühəndislik Fakultəsinə bağlı olan “Metallurgiya və Materiallar Mühəndisliyi” departamentində müsafir professor olaraq çalışmışdır. 2000-ci ilde ODTU-de “Yüksək Texnalogiya Materialların Dizaynı və İnkişaf Etdirilməsi” labaratoryasını qurmuş və ODTU-də çalışdığı 33 ilə yaxın müddət ərzində BCF və Materiallar Elmi və Mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən actual problemlərinin həlli ilə məşğul olumuşdur. Hal-hazırda dünyanın ən prestijli jurnallar və konfrans materiallarında çap olunmuş 300-dən çox elmi məqalənin müəllifidir ve bu məqalələrə dünyanın ən məşhur alimləri tərəfindən 1000-ə yaxın istinad verilmişdir.

25-dən artiq yerli və beynəlxalq lahiyələrdə rəhbər və ya tədqiqatçı olaraq calışmış olub, 100-dən çox beynəlxalq elmi konfranslarda plenar, dəvətli merüzəçi və seksiya rəhbəri olmuş, rus, ingilis və türk dillərini sərbəst bilir.

2022-ci ilin Fevral ayından etibarən Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və Materiallar Texnalogiyası kafedrasında 0.5 ştat professor, 2023-cü ilin Aprel ayından "Yeni Materiallar və Nanotexnologiya" Elmi-Tədqiqatlar Mərkəzinin müdiri və 2023-cü ilin Oktyabr ayından 2024-cü ilin Avgust ayına qədər "Yeni Materiallar və Nanotexnologiyalar” İnstitunun direktoru vəzifəsində işlemişdir.  2024-cü ilin İyul ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Kompozit Materiallar Elmi-Tedqiqat Mərkəzi”-ndə tədqiqatçı professor vəzifəsinde işləyir.

Onun elmi maraqlarının əsas sahələrinə bərk cisimlər fizikası, ərintilərin dizaynı, hesablama materialları elmi, iri və həcimli metallik amorf və nanokristal materiallar, şüalanmanın materiallara təsiri, compozit materiyallar, hidrogen saxlama materialları, nano ərintilər, yaşıl enerji sistemləri və s. daxildir

Contact
Email
amekhrabov@unec.edu.az
Web Page
https://avesis.unec.edu.az/amekhrabov
Address
UNEC Research Center of Composite Materials Azerbaijan State University of Economics (UNEC) Az1001, Istiqlaliyyet st., 6, Baku, Azerbaijan