Ümumi Məlumat

Müəssisə məlumatları: Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti, Karyera Planlaşdırılması Və İnkişafı Kafedrası, Karyera Planlaması, Yumşaq Və Sərt Bacarıqlar, Kritik Düşünmə
WoS Tədqiqat Sahələri: Business, Management
AVESİS Tədqiqat Sahələri: Economics, Management, Human Resources Management
Ölçülər

Nəşr

5

Açıq giriş

5
Tərcümeyi hal

Tərcümеyi –hаl

Qasımova Arifə İlqar qızı 1995-ci ildə Bakı şəhərində ziyalı ailəsində аnаdаn оlmuşdur. 2012-ci ildə orta məktəbi, 2016-ci ildə Аzərbаycаn Kooperasiya Universitetinin “Mühasibat uşotu və audit” ixtisasının bakalavr səviyyəsini bitirmişdir. 2018-ci ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı üzrə “Biznesin idarə edilməsi” ixtisası üzrə magistraturaya daxil olmuş və 2020-ci ildə həmin ixtisası bitirərək magistr dərəcəsi almışdır. 2016-cı ildə 3 aylıq könüllü əsaslarla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Maliyyə və təminat şöbəsində fəaliyyət göstərmişdir. 2019-cu ildə University of Siegen (Almaniya) “Certificate of Achievement (9 ECTS)” və Azərbaycan İnnovasiya Agentliyi tərəfindən təşkil edilmiş “For providing a siccessful volunteer contribution to the “Falcons Summit Baku” sertifikatlarının sahibidir. 2022-ci ildə UNEC-də professor-müəllim heyəti üçün təşkil edilmiş “Soft skills” təlimlərində assistent kimi iştirak etmişdir.

Qasımova Arifə İlqar qızı 2020-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllim, 2024-cü ildən Azərbaycan Texniki Universitetinin “İqtisadiyyat” və “Biznesin idarə edilməsi” kafedrasında 0,5 ştat müəllim, 2025-ci ilin sentyabrından Azərbaycan Dövlət İqtisad Universitetinin “Karyera planlaşdırılması və inkişafı ” kafedrasının tam ştat müəllimidir. O, Sərt bacarıqlar, Yumşaq bacarıqlar, Azərbaycan iqtisadiyyatı, Firma iqtisadiyyatı və digər fənləri tədris edir.

Ailəlidir. 2 oğlan övladı var.