Institutional Information: Beynəlxalq Magistratura Və Doktorantura Mərkəzi, Iqtisadi Və Texnoloji Elmlər Kafedrası, Iqtisadiyyat
WoS Research Areas: Economics & Business
Avesis Research Areas: Theory of Economy
Metrics

Publication

17

Publication (WoS)

1

Thesis Advisory

4

Open Access

4
UN Sustainable Development Goals
Biography

i.e.n., dosent Quliyev Asiman Aydın oğlu

e-mail:  as.guliyev@unec.edu.az

1956-cı ildə Şəkidə anadan olmuşdur. 1963-1973-cü illərdə Bakı şəhərində orta məktəbdə təhsil almışdır.
1973-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil almışdır.
1983-1985-ci illərdə həmin institutun aspirantı olmuşdur.
1988-ci ildə Voznesenski ad. Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində müdafiə edərək iqtisad elmləri namizədi dərəcəsinin almışdır.

1986-1992-ci illərdə İqtisad Universitetində müəllim, 1986-1989-cu illərdə Tələbə Həmkarlar komitəsinin sədri olmuşdur.

1992-1993-cü illərdə Lerik rayonu İcra Hakimiyyətinin başçısı işləmişdir.

1994-1997-ci illərdə Bakı Biznes Universitetində dosent olmuş, dekan işləmişdir.
1997-ci ildən İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının dosentidir.

2000-ci ildən İqtisad Universitetinin  “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının mətbuat katibidir.

2006-2014-cü illərdə Türk dünyası işlətmə fakültəsinin dekan müavini olmuşdur.
2014-2021-ci ilə kimi Ümumi iqtisadiyyat fakültəsinin dekanı olub.

60-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycanda, Rusiyada, Çexiyada nəşr olunmuşdur.
Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.