2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” ixtisası, “Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri” ixtisaslaşması üzrə magistr təhsili alaraq magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. Magistr dissertasiya mövzusu “Çin Xalq Respublikasının maliyyə sisteminin dayanıqlı inkişafını şərtləndirən əsas istiqamətlər” olmuşdur. 2024-cü ildə Bakı Avrasiya Universitetində "Ümumi iqtisadiyyat" ixtisası üzrə doktorantura pilləsinə qəbul olmuşdur.
2014-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü olmuşdur. 2016-2017-ci illərdə UNEC “İqtisadiyyat” fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olmuş və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən komitənin ictimai fəaliyyətində göstərdiyi xidmətlərinə görə İlin sədri mükafatına layiq görülmüşdür. 2017-2018-ci illərdə UNEC Tələbə Elmi Cəmiyyətinin sədri olmuş və UNEC rektoru professor Ədalət Muradov tərəfindən UNEC Tələbə Elmi Cəmiyyətinin sədri olaraq uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
Odlar Yurdu Universiteti Strateji inkişaf və karyera departamentinin rəhbəridir. Çin İqtisadçılar Cəmiyyətinin üzvüdür. UNEC “Bir kəmər – Bir yol” tədqiqat mərkəzinin tədqiqatçısıdır. 2021-2022-ci illərdə UNEC “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi olmuşdur. 2022-ci ildən UNEC "İqtisadiyyat" kafedrasının müəllimidir. 14 elmi məqalənin 12 tezisin, 1 monoqrafiyanın 3 kitab bölməsinin müəllifidir. Türkiyənin məşhur akademik kaynak elmi tədqiqat saytının yazarıdır. Həmçinin Kütləvi İnformasiya Vasitələrində (KİV) onlarla çıxışın müəllifidir.
Tədqiqat sahəsi: Çin iqtisadiyyatı, Makroiqtisadi proporsiyalar, Texno-iqtisadi paradiqmalar
2022-ci ilin martından 2024-cü ilə kimi “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri olub.
- Elektron poçt
- aslan-azimzada@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/aslan-azimzada