Institutional Information: Iqtisadiyyat Və Idarəetmə Fakültəsi, Iqtisadiyyat Kafedrası, Iqtisadiyyat
WoS Research Areas: Economics & Business, Social Sciences (Soc)
Scopus Research Areas: Economics and Econometrics
Avesis Research Areas: Social Sciences and Humanities, Economics
Metrics

Publication

1
UN Sustainable Development Goals
Biography

1961-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunda anadan olub.

1987-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib.

1991-ci ilə kimi Ticarət Nazirliyi sistemində işləyib.

1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş laborant, müəllim, dosent, prorektor vəzifələrində işləyib.

1995-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə,
2004-cü ildə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1997-ci ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

2003-cü ildə “Qızıl qələm” mükafatına layiq görülüb.

2015-ci ilə kimi İqtisad Universitetinin Elm və informatika texnologiyaları üzrə
prorektoru vəzifəsində çalışıb.

“İqtisad elmləri: nəzəriyyə və praktika” elmi-nəzəri jurnalının redaktoru olub.

Hazırda UNEC-in  “İqtisadiyyat” kafedrasının (0,5 şt.) professorudur.

200-dən çox elmi əsər, məqalə, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.

AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.

Evlidir, iki övladı var.