Müəssisə məlumatları: Xarici Dillər Departamenti, Xarici Dillərin Tədrisi Mərkəzi, Filoloq (İngilis)
WoS Tədqiqat Sahələri: Economics & Business, Education & Educational Research
Scopus Tədqiqat Sahələri: Education
AVESİS Tədqiqat Sahələri: Development Economics and Economic Growth, Education

Nəşrlərdə adlar: Research Gate
Ölçülər

Nəşr

3

Nəşr (Scopus)

1
Tərcümeyi hal

Aynur Nizami qızı Mehtiyeva 1974-cü il dekabr ayının 5-də anadan olmuşdur. 

1991-ci ildə  məktəbi bitirdikdən Azərbaycan Dövlət Dillər İnstitutunun “İngilis-fransız fakültəs”inin əyani şöbəsinə daxil olmuş, 1996-cı ildə eyni adlı institutun “İngilis və fransız dilləri” ixtisası üzrə bitirmişdir.

 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər fakültəsinin” qiyabi şöbəsinə qəbul olmuşdur və 2004-cü ildə adı gedən ali məktəbi bitirərək bakalavr dərəcəsi almışdır.

  Əmək fəaliyyəti  2001-ci ilin oktyabr ayının 10-dan Azərbaycan Dövlət İqtisad Universitenin  “Xarici dillər 2” kafedrasında baş laborant vəzifəsindən başlamışdır.

2002-ci il sentyabr ayının 2-dən  ADİU-də “Xarici dillər 2” kafedrasında  tam ştat müəllim vəzifəsində çalışmağa başlamışdır.

2005-ci il iyun ayının 21-dən ADİU-də  “Xarici dillər 1” kafedrasnda tam ştat müəllim kimi fəaliyyətimi davam etmişdir.

2012-ci il sentyabr ayının 14-dən AZDU-nin “Xarici dillər 1” kafedrasının baş müəllim vəzifəsinə keçmişdir.

2016-cı ilin sentyabr ayında “Xarici dillər 1” və “Xarici dillər 2” kafedraları birləşdikdən sonra, 2016-cı il sentyabrın 9-dan “Xarici dillər” kafedasının baş müəllimi vəzifəsində işləməyə davam etmişdir.

2023-cü ilin sentyabrın 6-dan Xarici dillər departamentinin tərkibində yaradılmış “Xarici dillərin tədrisi mərkəzində” cari ilə kimi baş müəllim vəzifəsində fəaliyyətini davam etdiririr.

             Ailəlidir, iki övladım var