Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, Riyaziyyat Və Statistika Kafedrası, Riyaziyyat
WoS Tədqiqat Sahələri: Mathematics, Statistics & Probability, Mathematics Applied
Scopus Tədqiqat Sahələri: Discrete Mathematics and Combinatorics, Statistics, Probability and Uncertainty, Computational Theory and Mathematics
AVESİS Tədqiqat Sahələri: Statistics, Probability Theory, Stochastic Processes, Statistical Analysis and Applications

Nəşrlərdə adlar: A.D. Farhadova, Aynure Farkhadova, Aynura Farhadova, FƏRHADOVA AYNURƏ
Ölçülər

Nəşr

31

Nəşr (WoS)

4

Nəşr (Scopus)

4

İstinad (WoS)

2

H-indexi (WoS)

1

İstinad (Scopus)

10

H-indexi (Scopus)

2

İstinad (Scholar)

39

H-indexi (Scholar)

4

Açıq giriş

19
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

     Fərhadova Aynurə Dilqam qızı 12 aprel 1985-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonu Toxluca kəndində anadan olmuşdur.

     Orta təhsilini 1992-2000-ci illərdə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi 278 saylı tam orta məktəbdə 2000-03-cü illərdə isə 275 saylı tam orta məktəbdə davam etdirmişdir.

     2003-cü ildə Tələbə Qəbulu Üzrə Dövlət Kamissiyasının təşkil etdiyi universitetlərə qəbul imtahanından 675 bal nəticə toplayaraq Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olmuş və “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanına uyğun olaraq qərara alınmış müvafiq sərəncamına əsasən Prezident Təqaüdçüsü adı qazanmışdır.

      2007-ci ildə Fərqlənmə Diplomu ilə bakalavr təhsili bitirmiş və həmin ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinini Hesablama diaqnostikası ixtisasına magistraturaya qəbul olmuş , 2009-cu ildə Fərqlənmə Diplomu ilə təhsilini başa vurmuşdur.

      2015-ci ildə  Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun Ehtimal nəzəriyyəsi ixtisası üzrə qiyabi doktoranturaya qəbul olmuş və 2020-ci ildə təhsilini başa vurmuşdur.

     Scobus və Web of Science bazasına daxil olan məqalələr yazmış , həm ölkə daxilində həm də xarici ölkələrdə təşkil olunan konfranslarda iştirak etmişdir. Bir neçə fənn proqramının həmmüəllifidir.

     2007-18-ci illərdə Accessbank QSC-nin paytaxt və bölgə filiallarında xəzinədar, aparıcı xəzinədar daha sonra isə baş xəzinədar vəzifəsində çalışmışdır. 

     2018-20-ci illərdə Zaqatala Modern Hazırlıq Mərkəzində, 2020-21-ci illərdə isə Bakıxanov Hazırlıq Mərkəzində riyaziyyat fənni üzrə abituriyent hazırlığı ilə məşğul olmuşdur.

     2020-ci ildən Nur Academy Təhsil və İnkişaf Mərkəzinin təsisçisi və rəhbəridir.

     2018-24-cü illərdə UNEC-in Zaqatala filialında Ümumi fənnlər kafedrasında müəllim vəzifəsində çalışmışdır.

     2024-cü ildən UNEC-in Riyaziyyat və Statistika kafedrasında müəllim vəzifəsində işləyir. Azərbaycan, rus və ingilis bölmələrində riyaziyyat fənnlərini tədris edir. 

     2025-ci  ildən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakultəsinin Ehtimal nəzəriyyəsi və Riyazi Statistika kafedrasında azərbaycan və rus bölmələri üzrə  magistratura səviyyəsində təhsil alan tələbələrə Ehtimal nəzəriyyəsi fənlərini tədris edir.

     Ailəlidir, 2 oğlu və 1 qızı var.