1991-ci ildə Oğuz rayonunda anadan olub. 1997-ci ildə
1-ci sinfə başlamış, 2008-ci ildə Oğuz rayon 2 saylı orta məktəbi bitirərək Azərbaycan
Dillər Universitetinin Xarici dil (İngilis dili ) müəllimi ixtisasına qəbul
olub və 2012-ci ildə fərqlənmə diplomu ilə bitirib.
2012-ci ildə Qafqaz Universitetinin Ədəbiyyatşünaslıq
(Böyük Britaniya və ABŞ üzrə) ixtisasına qəbul olub və 2014-cü ildə fərqlənmə
diplomu ilə bitirib.
2013- 2018- ci illərdə Kaspi Tədris Mərkəzində ingilis
dili müəllimi, 2018-2019 -cu illərdə Qərbi
Kaspi Universitetində 1 ştat vahidi ingilis dili müəllimi vəzifəsində çalışıb. 2019
– 2020- ci Landau Təhsil Müəssisəsi MMC-də ingilis dili müəllimi, 2021 -ci il
fevral – avqust tarixində Avropa Azərbaycan Məktəbində ingilis dili müəllimi
olaraq fəaliyyət göstərib.
2021- ci tədris ilindən etibarən Azərbaycan Dövlət
İqtisad Universitetinin Xarici Dillər Departamentinin Xarici dillərin tədrisi mərkəzinin
1 ştat vahidi müəllimi vəzifəsində çalışır.
2024-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantıdır.
Bu illər ərzində müxtəlif məqalə və konfrans
materialları üzərində işləmiş və çap etdirmişdir.
Ailəlidir və 1 övladı var.
- Elektron poçt
- aytaj-hamidli@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/aytaj-hamidli