Biography
Mən təcrübəli və peşəkar müəlliməm. Təhsilimi 265 saylı məktəbdə qızıl medalla başa vurmuşam. 2012–2016-cı illərdə Bakı Dövlət Universitetində Kompüter Elmləri üzrə bakalavr təhsili almışam və bu sahədə fundamental biliklər əldə etmişəm.
2017–2019-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində magistr təhsili alaraq nəzəri və tətbiqi biliklərimi daha da inkişaf etdirmişəm. Magistr təhsil müddətim ərzində kompüter elmləri, proqramlaşdırma və riyazi modelləşdirmə sahəsində dərin biliklərə yiyələnmişəm.
Hal-hazırda UNEC və Kaspi Universitetində müəllim vəzifəsində çalışıram. Burada tələbələrə həm nəzəri, həm də praktiki bilikləri öyrətmək, onların bacarıqlarının inkişafına dəstək vermək və təhsil prosesində motivasiya yaratmaq mənim əsas vəzifələrimdəndir. İşimdə məsuliyyətli və sistematik yanaşma nümayiş etdirirəm, eləcə də tədris metodikalarını yeniləmək və tələbələrin ehtiyaclarına uyğunlaşdırmaq üçün davamlı çalışıram.
Təhsildə və müəllimlik fəaliyyətində qazandığım təcrübə mənə tələbələrin fərdi inkişafını izləmək, onları düzgün istiqamətləndirmək və akademik uğurlarını artırmaq imkanı verir.
Education
2022 - Present
2022 - PresentDoctorate
Azerbaijan State University of Economics (UNEC), Rəqəmsal İqtisadiyyat Fakültəsi, Rəqəmsal Texnologiyalar Və Tətbiqi İnformatika Kafedrası, Azerbaijan
Foreign Languages
C1 Advanced
C1 AdvancedEnglish
B2 Upper Intermediate
B2 Upper Intermediate