Yusifkənan Aytən Elman qızı 1977-ci
il iyun ayının 25-i Bakı şəhərində anadan olmuşam. 1984-cü ildə Bakı şəhəri Nəsimi
rayonu Fəxrəddin Nəcəfov adına 266 saylı
məktəbə daxil olmuşam, 1994-cü ildə məktəbi bitirmişəm. 2012-ci ildə Azərbaycan
Dövlət İqtisad Universitetinin “Texnologiya və Dizayn” fakültəsinə daxil olmuşam
və 2016-cı ildə həmin Universiteti “ Dizayn”
ixtisası üzrə bitirmişəm.
2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının Magistraturasına “Memarlıq
və Dizayn” fakültəsinə daxil olmuşam və 2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının “Dizayn sənətinin tarixi və nəzəriyyəsi” ixtisası üzrə Maqistr
pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 2018-ci
ildən 2020- ci ilə qədər Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının Memarlıq
fakultəsində saathesabı yolla dərs aparmışam. 2019-cu ildə Azərbaycan Dövlət
İqtisad Universitetinin “Dizayn” fakultəsində 0,5 ştat müəllim vəzifəsinə təyin
olunmuşam. 2020-ci ildən UNEC Dizayn məktəbinin
tam ştat muəllim vəzifəsində çalışıram.
2021-ci ildən UNEC Dizayn məktəbinin Yaradıcılıq Dərnəyinin Rəhbəriyəm.
- Elektron poçt
- aytan.yusifkanan@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/aytan.yusifkanan