Müəssisə məlumatları: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Elektirik Və Elektronika Mühəndisliyi
WoS Tədqiqat Sahələri: Natural Sciences (Sci), Chemistry
Scopus Tədqiqat Sahələri: General Chemistry
AVESİS Tədqiqat Sahələri: Chemistry, Natural Sciences

Nəşrlərdə adlar: Niyazova A.A., Niyazova Aytan
Ölçülər

Nəşr

55

Nəşr (WoS)

16

Nəşr (Scopus)

28

İstinad (WoS)

85

H-indexi (WoS)

5

İstinad (Scopus)

174

H-indexi (Scopus)

10

İstinad (Scholar)

181

H-indexi (Scholar)

9

Ümumi İstinad Sayısı

154

Əqli mülkiyyət

1

Açıq giriş

17
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

14 iyun 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1999-cu ildə Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyini (TTEL) bitirmişdir. 1999-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin kimya müəllimliyi ixtisasının əyani şöbəsinə daxil olmuş, 2003-cü ildə həmin universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmiş, 2003-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin magistr pilləsinə qəbul olmuş, 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək Kimya istiqamətinin Üzvi kimya ixtisasından magistr dərəcəsi almışdır.

2006-2012-ci illərdə AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun dissertantı olmuş, 27.06.2012-ci ildə Bakı Dövlət Universitetində "İndolun bəzi funksionaləvəzli törəmələrinin sintezi və xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 05.04.2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiasının qərarı ilə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2005-ci ildə Sumqayıt Dövlət Universitetinin Kimya fakültəsinin Üzvi və fiziki-kimya kafedrasında laboratoriya müdiri, 2012-2020-ci illərdə assistent vəzifəsində çalışmışdır.

2015-ci ildə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “İlin gənc alimi” mükafatı ilə təltif edilmişdir.

09.03.2018-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə elmlər doktoru proqramı üzrə doktoranturaya qiyabi şöbə üzrə qəbul olmuşdur.

2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasında baş müəllim, 2022-ci ildən həmin kafedranın müdir müavini, 2025-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır.

90 dan çox elmi əsərin, o cümlədən 1 ixtiranın, 40 məqalənin (27-i Scopus və Web of science platforması) , 35 tezisin, 7 fənn proqramının və 8 dərs vəsitinin müəllifidir.

Ailəlidir, iki övladı var.

Əlaqə