Corporate Academic Degrees: i.e.n.
Institutional Information: Iqtisadiyyat Və Idarəetmə Fakültəsi, Iqtisadiyyat Kafedrası
WoS Research Areas: Economics & Business
Avesis Research Areas: Economics
Metrics

Publication

26
Biography

Hüseynov Azər Məmməd oğlu 30 iyun 1961-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur.

1968-1978-ci illərdə Ordubad şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Univesiteti) daxil olmuş; 1982-ci ildə həmin institutu bitirmişdir.

1983-85-ci illərdə Sovet ordusunda xidmət etmişdir.

1985-1988-ci illərdə Sumqayıt «Sintez kauçuk» zavodunda iqtisadçı vəzifəsində çalışmışdır.

1988-1991-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun əyani aspiranturasında oxumuşdur.

1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

2002-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir, iqtisad elmləri namizədidir.

Bir dərslik, bir dərs vəsaiti, bir praktik-metodik vəsaitin, 30-dan çox elmi məqalə və tezisin müəllifidir.

2010-cu ildən “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi olub.

Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.

Evlidir, iki övladı var.