02 yanvar 1967-ci ildə Qəbələ rayonunun Əmirvan kəndində anadan
olmuşdur. 1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı
institutuna qəbul olunmuş, 1990-cı ildə N. A. Voznesenski ad. Leninqrad Maliyyə
İqtisad İnstitutunun Bakı filialını fərqlənmə diplomu ilə bitirmişdir. Karl
Marks təqaüdçüsü olmuşdur. Dövlət İmtahan Komissiyasının qərarı ilə elmi
fəaliyyətli davam etdirmək üçün təyinatı həmin instituta verilmişdir.
1990-1991-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənaye
müəssisələrinin və komplekslərin təşkili, iqtisadiyyatı və idarə edilməsi”
kafedrasında laborant vəzifəsində çalışmışdır.
1991-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda aspirantura
təhsili (istehsalatdan ayrılmaqla) almış, 1998-ci ilin martında 08.00.05 – Xalq
təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə
edilməsinin təşkili (sənaye) ixtisası üzrə «Azərbaycan sənayesində kiçik
müəssisələrin formalaşması və inkişafı məsələləri» mövzusunda namizədlik
dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik
dərəcəsini almışdır.
1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənayenin
iqtisadiyyatı” kafedrasında baş laborant, 1998-2001-ci illərdə həmin kafedrada
müəllim, 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Univesitetinin “Sənayenin
iqtisadiyyatı” kafedrasında baş müəllim vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının 2005-ci il 25 oktyabr tarixli qərarı ilə ona dosent elmi
adı verilmişdir. 2004-cü ilin yanvarın 1-dən indiyəcən Azərbaycan Dövlət
İqtisad Universitetinin “Firmanın iqtisadiyyatı”, “Nəzəri və praktiki iqtisadiyyat” və “İqtisadiyyat” kafedralarında dosenti
vəzifəsində çalışmışdır. Hazırda bu vəzifədə çalışmaqda davam edir.
A.Mehtiyev “Firmanın iqtisadiyyatı”, “Sənayenin iqtisadiyyatı”,
“Sənayenin təşkili və idarə edilməsi”, “Firmanın inkişaf strategiyası”, “Neft
sənayesinin iqtisadiyyatı və idarə edilməsi” və bir sıra başqa fənnləri tədris
etmişdir. O, hazırda bakalavriat təhsili səviyyəsində “Firmalar, bazarlar və
rəqabət” və “İqtisadi dinamikanın əsasları” fənnlərini tədris edir.
A.Mehtiyev 2017-2018-ci illərdə UNEC-in nəzdində
fəaliyyət göstərən D.02.052 Dissertasiya Şurasının daimi fəaliyyət göstərən
Elmi seminarının üzvü və “Sahə iqtisadiyyatı” bölməsinin rəhbəri, 2020-2022-ci
illərdə FD 1.11 Dissertasiya Şurasının nəzdində 5304.01- “İqtisadi fəaliyyət
növləri” ixtisası üzrə yaradılmış elmi seminarın üzvü olmuşdur. O, 2023-cü
ildən UNEC nəzdində fəaliyyət göstərən ED 2.10 Dissertasiya Şurasının, 2024-cü
ildən BFD 4.21 Birdəfəlik Dissertasiya Şurasının üzvüdür. Eyni zamanda A.Mehtiyev
hazırda “Sənayenin təşkili və idarə edilməsi” ixtissası üzrə magistr
dissertasiyalarının müdafiəsi komissiyasının üzvüdür.
A.Mehtiyev hazırda iki doktorantın dissertasiyasının
elmi rəhbəridir.
15 iyul 2022-ci ildən ictimai əsaslarla
UNEC-in Sahə Araşdırmaları və Rəqabətin Təhlili (SART) Mərkəzinə rəbərlik
edir.
O, hazırda UNEC Elmi-Metodik Şurasının üzvüdür.
Azər Mehtiyev ümumilikdə 200 ç.v. həcmindən çox 120 elmi,
metodik və elmi-praktik əsərin, o cümlədən, 1 dərs vəsaitinin, 5
monoqrafiyanın, 15 tədris proqramının, 25 praktik təyinatlı kitabça və
broşürün, 71 elmi məqalə və tezisin müəllifidir. Son hesabat dövründə, yəni 2019-2025-ci
illər dövründə A.Mehtiyevin 3 tədris proqramı, 3 elmi məqaləsi və 1 broşürü
(araşdırma sənədi) dərc edilmişdir.
A.Mehtiyev ABŞ, Yaponiya, Cənubi Koreya, Malayziya,
Çin, Türkiyə, Rusiya Federasiyası və Ukraynanın müxtəlif universitetlərinin
iqtisadiyyat fakultələrində təcrübə mübadiləsində olaraq onların tədris
proqramları ilə yaxından tanış olmuşdur. Dünyanın 15-dən çox ölkəsində
keçirilmiş 50-dək beynəlxalq konfrans və seminarın iştirakçısı olmuş,
məruzələrlə çıxış etmişdir.
A.Mehtiyev Azərbaycan Respublikası Təhsil
Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
- Elektron poçt
- azer_mehtiyev@unec.edu.az
- Digər E-poçt
- amehtiyev@gmail.com
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/azer_mehtiyev