Institutional Information: Türk Dünyası Iqtisad Fakültəsi, Iqtisadiyyat Və Işlətmə Kafedrası, Riyaziyyat
WoS Research Areas: Mathematics
Scopus Research Areas: General Mathematics
Avesis Research Areas: Natural Sciences
Metrics

Publication

24

Publication (WoS)

2

Publication (Scopus)

7

Citation (Scopus)

7

H-Index (Scopus)

2

Citation (Scholar)

89

H-Index (Scholar)

6

Citation (Sum Other)

96

Open Access

8
UN Sustainable Development Goals
Biography

      

Əliyeva Bəsti Məhər qızı 20 mart 1952-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunda anadan olmuşdur. O, 1970-ci ildə Qazax rayon 1 saylı orta məktəbini, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

1975-ci ildə Bəsti Əliyeva Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna mühəndis-proqramçı kimi qəbul edilmişdir. Kibernetika İnstitutunda işlədiyi dövrdə o, “Alqol”, “Fortran”, PL “Kabol” və digər proqramlaşdırma dilləri ilə M220 və Minsk-32 kompüterlərində proqram təminatı hazırlamış və müxtəlif alqoritmik proqramlar yazmışdır.

1982-ci ildə Bəsti Əliyeva Azərbaycan Elmlər Akademiyasının “Avtomatik idarəetmə sistemləri – AİS” şöbəsinə baş mühəndis vəzifəsinə keçmişdir. Həmin dövrdə o, Respublika Avtomatlaşdırılmış İdarəetmə Sistemləri - RAİS Dövlət Proqramının həyata keçirilməsində proqramçı olaraq iştirak etmişdir. Eyni zamanda, AİS Departamenti tərəfindən dövlət üçün həyata keçirilən mühüm təsərrüfat müqavilələrinin icraçısı olmuşdur.

1997-ci ildə Bəsti Əliyeva AİS bölməsinin bazasında yaradılmış AMEA İnformasiya və Telekommunikasiya Elmləri Mərkəzində baş mühəndis-proqramçı vəzifəsinə təyin edilmişdir. Daha sonra, 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi kimi fəaliyyətə başlamışdır.

1999-cu ildən etibarən Bəsti Əliyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisadı fakültəsinin İqtisadiyyat və İşlətmə kafedrasında müəllim vəzifəsində çalışır. 2003-cü ildən isə həmin kafedrada baş müəllim vəzifəsini icra edir.

Hazırda “İqtisadiyyat və İşlətmə” kafedrasının baş müəllimi olan Bəsti Əliyeva, 100-dən artıq konfransın iştirakçısıdır, 1 kitabın və 40-dan çox elmi məqalənin müəllifidir.