General Information

Corporate Academic Degrees: i.e.n.
Institutional Information: Iqtisadiyyat Və Idarəetmə Fakültəsi, Ictimai Idarəetmə Və Sosial Innovasiyalar Kafedrası
WoS Research Areas: Agriculture & Environment Sciences (Age)
Avesis Research Areas: Agricultural Sciences
Biography

Mən Sadıqov Bulud Cahangir oğlu 1962-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraçlı kəndində fəhlə ailəsində anadan olmuşam,1969-1979-cu illərdə Saraçlı kənd orta məktəbində orta təhsil almışam.1979-cu ildə orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra Səmədağa Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “İqtisadiyyatın təşkili və idarə edilməsi” fakultəsinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təşkili ” ixtisasına daxil olmuşam.1983-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm.1983-cü ildə Abşeron Yeni Bakı Broyler fabrikində mühasib vəzifəsinə gənc mütəxəssis kimi göndərilmişəm.1983-cü ilin 01 sentyabr ayından 1984-cü ilə kimi II qayda üzrə Abşeron Repreduktor fabrikində mühasib vəzifəsində işləmişəm.1984-1985-ci illərdə hərbi xidmətdə olmuşam. Hərbi xidməti bitirdikdən sonra 1985-ci ildən 1990-cı ilə kimi 1 saylı Yeni Bakı Broyler fabrikində mühasib vəzifəsində işləmişəm.   1989-cu ilin dekabr ayında Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı  və Təşkili İnstitutunun aspiranturasına daxil olmuşam. Eyni zamanda həmin institutun “Aqrar Sənaye Kompleksinin təsərrüfat  və maliyyə-kredit mexanizminin təkmilləşdirilməsi” bölməsində elmi işçi vəzifəsində işləmişəm.

      1992-ci ilin dekabr ayında “Kənd təsərrüfatında istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda dissertasiya işi müdafiə edərək “İqtisad elmləri namizədi”alimlik dərəcəsinə layiq görülmüşəm.1995-1996-cı illərdə “Bahar Seli”müəssisəsində direktor vəzifəsində işləmişəm.1996-cı ilin noyabr ayında Azərbaycan Dövlət İqtisad İnstitutunun “Qiymət” kafedrasına lobarant vəzifəsinə işə qəbul edilmişəm.1997-ci ilin mart ayında müəllim, 2000-ci ilin iyun ayında baş müəllim vəzifəsinə müsabiqədən keçməklə seçilmişəm. 2002-ci ilin noyabr ayinda “Qiymət və qiymətləndirmə” kafedrasında dosent vəzifəsinə müsabiqədən keçməklə seçilmişəm.

     Pedaqoji fəaliyyətimlə bərabər əvəzçiliklə 2004-cü ildən 2014-ilə kimi Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədr müavini vəzifəsində içləmişəm. 2018-ci il 22 oktyabr tarixə kimi “Qiymət və qiymətləndirmə” kafedrasında dosent vəzifəsində çalışmışam. 2018-ci il 22 oktyabr tarixdən 01 aprel 2019-cu il tarixə kimi “Qiymət və qiymətləndirmə” kafedrasının adı dəyişdirilərək “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrası adlandırılmışdır və mən də həmin kafedranın  əməkdaşı olmuşam. 02 sentyabr 2022-ci ildən “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının adı dəyişdirilərək “İctimai idarəetmə və social innovasiyalar” kafedrası adlandırılmışdır. Hal-hazırda həmin kafedranın əməkdaşı olmaqla dosent vəzifəsində çalışıram.

      Pedaqoji fəaliyyətimlə bərabər iqtisadiyyatın və xüsusilə də qiymətəmələ gəlmənin aktual problemlərinə həsr olunmuş 86 elmi-metodik əsərin müəllifiyəm. Müxtəlif iqtisadi məsələlərə həsr olunmuş respublika və beynəlxalq elmi-praktiki konfranslarda məruzə ilə çıxış etmişəm.

   21 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2861 saylı əmri ilə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətimə görə və universitetin 85 illik yubileyi münasibəti ilə Fəxri fərmanla təltif olunmuşam.

     2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru tərəfindən “Qiymət və qiymətləndirmə” kafedrasının dosenti olaraq “Beynəlxalq Müəllimlər Günü”münasibəti ilə UNEC-də uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətimə görə Fəxri Fərmanla təltif olunmuşam.

     08-12 fevral 2019-cu il tarixlərdə “Tələbə nailiyyətlərinin artırılması yönümlü müasir tədris metodları” mövzusunda təşkil edilmiş qış məktəbinin təlim proqramında iştirakıma görə “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasının dosenti olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin rektorluğu tərəfindən sertifikatla təltif olunmuşam.

       25 noyabr 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərimə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşam.

      Azərbaycan Dövlət İqtisad Universitetinin təşkil etmiş olduğu “Qloballaşma və beynəlxalq sosial iş” fənni üzrə təlim proqramında iştiraka və bu proqramı uğurla başa vurduğuma görə Universitet rektoru tərəfindən sertifikatla təltif olunmuşam.

      Ailəliyəm. İki evladım, üç nəvəm vardır.