Dəmirzadə Anar Cahangir oğlu 1996-cı il 5 noyabr tarixində Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi Binəqədi rayonu 283 saylı tam orta məktəbdə almışdır. 2014-cü ildə həmin məktəbi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Statistika ixtisasının bakalavr dərəcəsinə qəbul olmuşdur. 2018-ci ildə həmin ixtisası bitirməklə Bakı Mühəndislik Universitetinin (BEU) Maliyyə menecmenti ixtisası üzrə magistratura dərəcəsinə qəbul olmuşdur. 2020-ci ildə həmin ixtisasdan məzun olmuşdur. 7 ildən artıq pedaqoji təcrübəyə malikdir. 2024-cü ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində "Riyaziyyat və Statistika" kafedrasının saathesabı müəllimi, 2025-ci ildən etibarən isə tam ştatlı müəllimi vəzifəsində çalışır.
Ailə vəziyyəti subaydır. Ailəsi 4 nəfərdən ibarətdir: Ata, ana və bacı
- Elektron poçt
- damirzada.anar@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/damirzada.anar