Dilbər Mustafa qızı İbrahimova 30 oktyabr 1974-cü
ildə Bakı şəhərində dünyaya gəlib, Azərbaycanlıdır.
1981-1991-ci illərdə Bakı şəhərinin 157 nömrəli məktəbində
orta təhsil alıb.
1991-ci ildə Azərbaycan Xarici Dillər institutunun
(hal-hazırda Azərbaycan Dillər Universiteti) “ingilis dili” fakültəsinə daxil
olmuş və 1996-cı ildə həmin təhsil ocagını “ingilis dili” müəllimi ixtisasına
yiyələnərək bitirmişdir.
Təhsil zamanı 1991-1993-cü
illərdə Qafqaz Ali Dini Şurasının xarici əlaqələr şöbəsində, köməkçi-tərcüməçi
vəzifəsində çalışıb.
1993-cü ildə sentyabr ayında, Bakı şəhərinin 157
sayı orta məktəbinə ingilis dili müəllimi kimi iş fəaliyyətini davam etdirərək
orda 1999-cu ilə qədər işləyib.
Sonradan 2011-2012-ci illərdə isə, Azərbaycan
Respublikası Milli Məclisində Avropa ittifaqı tərəfindən dəstəklənən Twinning
layihəsi çərçivəsində tərcüməçi kimi işləyib və tərifə layiq görülüb.
2013-cü ildən Azərbaycan Dövlət İqtisad
Universitetinin “Xarici dillər-2” kafedrasının ilkin olaraq 1 il saat hesabı,
sonradan isə Universitetin rektorunun əmrinə əsasən tam-ştat həmin kafedranın
müəllimi kimi işləyir.
2014-cü ildə Azərbaycan Dillər Universitetinin
“Leksikologiya-1” kafedrasının Müqaisəli-tarixi və müqaisəli-tipoloji dilçilik”
ixtisası üzrə doktoranturaya qəbul olub. Elmi mövzusu “Müxtəlifsistemli dillərdə
frazeologiya variantların struktur semantik səciyyəsi” adlanır. Eyni zamanda
elmi fəaliyyətini başlayaraq 20-dən çox elmi məqalələri və tezisləri Azərbaycanda
və xarici ölkələrdə dərc olunmuşdur. Həmçinin, elmi-pedoqoji fəaliyyətilə eyni
zamanda, Britsh Council tərəfindən təşkil olunmuş “Biznes ingilis dili”, TESOL
və CEFR beynəlxalq kurs və seminarlrında fəal iştirak etmiş və çeşidli
sertfikatlarla təltif olunmuşdur.
İşlədiyi vaxtda müəllim və tələbələr arasında hörmət
qazanmış, ingilis dili fənninin tələbələrə aşılamaqla yanaşı, dərs və
seminarları müasir və inovatih metodları tədbiq etməklə tədrisin yüksək səviyyədə
aparılmasına nail olmuşdur. Elm və tədrisdən başqa özündə olan vətənə sevgi və
vətənpərvərlik hisslərini tələbələrə aşılamışdır.
- Elektron poçt
- dilbar_ibrahimova@unec.edu.az
- Digər E-poçt
- dilbaribrahimova38@gmail.com
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/dilbar_ibrahimova