Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, İqtisadiyyat Kafedrası
WoS Tədqiqat Sahələri: Social Sciences General, Economics
AVESİS Tədqiqat Sahələri: Economic Policy, Theory of Economy, International Economics
Ölçülər

Nəşr

12

Nəşr (WoS)

3

Nəşr (Scopus)

7

İstinad (Scopus)

119

H-indexi (Scopus)

4

İstinad (Scholar)

150

H-indexi (Scholar)

4

Ümumi İstinad Sayısı

269

Açıq giriş

5
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

EYVAZOV ELÇIN TƏHMƏZ OĞLU

1. Şəxsi məlumatlar

Eyvazov Elçin Təhməz oğlu. 202.06.1975-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonu, Dəstəgird qəsaəb\sində anadan olub.

2. Təhsil məlumatları

Ali təhsil:

1994-1998 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət    İdarəçilik Akademiyası “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası, Bakalavr

1998-2000 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyası “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası, Magistr

Elmi dərəcəsi: iqtisad üzrə fəlsəfə doktoru

Elmi ad: Dosent

3. Elmi və pedaqoji fəaliyyət

İş yeri və vəzifəsi: “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı,“İqtisadiyyat” kafedrasının 0.5 ştat dosenti

 

UNEC Azərbaycan təhsilinin ən önəmli mərkəzlərindən biri olaraq, iqtisadiyyat və idarəetmə və texnoloji sahələrdə yüksək ixtisaslı kadrlarlar hazırlamaqda və əsaslı elmi araşdırmaların inkişafında böyük rol oynamışdır. UNEC ölkəmizin ən çox rəqəmsallaşan universiteti olaraq müasir dövrün çağrışlarına ən çevik reaksiya verən təhsil oçağı olmaqla bərabər həm də, milli-mənəvi dəyərlərə xüsusi  önəm verərək vətənpərvər savadlı kadr hazırlığında fərqlənməkdədir.

UNEC-in keçdiyi inkişaf yolu, təhsil və elmin sərhədlərini genişləndirərək, ölkəmizin iqtisadiyyatının və cəmiyyətinin inkişafına mühüm töhfələr verib. Hər bir tələbə və məzun, UNEC-in bir parçası olaraq, yalnız iqtisadiyyatda deyil, həm də sosial sahədə əhəmiyyətli uğurlara imza atmış, öz bilik və bacarıqları ilə Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmişdir.

Bundan əlavə, UNEC-in elmi fəaliyyətləri, tədqiqat layihələri və beynəlxalq əməkdaşlıqları ölkəmizin qlobal miqyasda mövqeyini möhkəmləndirməkdə mühüm rol oynamışdır. Hər bir məzun, təhsil aldığı illər ərzində qazandığı biliklərlə öz sahəsində liderlik etməyə, həmçinin dövlət və özəl sektorda uğurlu karyera qurmağa nail olub.

95 illik yubiley, UNEC-in keçdiyi şanlı yolun simvoludur. Bu günə qədər əldə edilmiş nailiyyətlər, gələcəkdə də universitetin təhsil və elmi fəaliyyətində yeni zirvələrə imza atılacağını göstərir. UNEC-in hər bir əməkdaşı və tələbəsi ilə qürur duyur, gələcək uğurlarında daha böyük müvəffəqiyyətlər arzulayıram.

 

4. Nailiyyətlər və təltiflər

Dövlət təltifləri və fəxri adlar: 2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb

2020 - “Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Qabaqcıl Təhsil işçisi” döş nişanı

Universitet və digər təşkilatlar tərəfindən verilmiş mükafatlar: 2 dəfə UNEC rektoru prof. Ə.C.Muradovun verilmiş fəxri fərman.

Əlaqə