Səmədov Elçin Ələsgər oğlu, 15 yanvar 1974-cü
il tarixdə Bakı şəhərində anadan olmuşam. Bakı şəhəri, N.Axundov adına 1 nömrəli
orta ümumtəhsil məktəbini bitirib, 1991-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya
İnstitutuna daxil olmuşam. 1996-cı ildə institutu “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı”
ixtisası üzrə bitirmişəm.
1999-cu ildə həmin institutda əyani aspiranturanı
(istehsalatdan ayrılmaqla) bitirmiş, 2000-ci ildə “Qeyri-ərzaq malları əmtəəşünaslığı
və yüngül sənaye xammalı” ixtisası üzrə “PVX linoleumlarının istehlak
xassələrinin tədqiqi və uzunömürlüyünün proqnozlaşdırılması” mövzusunda namizədlik
dissertasiyasını müdafiə edərək texnika
elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşəm.
2000-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya
İnstitutunda baş laborant, həmin ildən institutun və Azərbaycan Dövlət
İqtisadiyyat İnstitutunun bazasında yaradılmış Azərbaycan Dövlət İqtisad
Universitetində ardıcıl olaraq assistent, baş müəllim və dosent vəzifələrində
çalışmışam. Hal-hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının 0,5 ştat əvəzçiliklə dosentiyəm.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad
Universitetinin əvvəlcə Əmtəəşünaslıq fakültəsində tərbiyə işləri üzrə dekan
müavini, ictimai əsaslarla dekan müavini və dekan müavini, 2018-ci ildən
Ekspertiza və standartlaşdırma fakültəsində dekan müavini, 2020-ci ildən isə
Mühəndislik fakültəsində ictimai əsaslarla dekan vəzifəsini icra etməklə dekan
müavini vəzifələrində çalışmışam. 2021-ci ildən Mühəndislik fakültəsinin əvvəlcə dekan əvəzi, sonra dekanı vəzifəsində işləyirəm. 2014-cü ildə dosent elmi adını almışam.
İşləsiyim müddət ərzində 40-dan çox elmi əsərin, o
cümlədən dərslik, dərs vəsaiti, məqalələrin və s. müəllifi olmuşam. AR Təhsil
Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, AR Təhsil Nazirinin və UNEC-in Fəxri fərmanı
ilə təltif olunmuşam.
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm.
Ailəliyəm, iki övladım var.
- elchin.samadov@unec.edu.az
- Other Email
- elchinsamedov5@gmail.com
- Web Page
- https://avesis.unec.edu.az/elchin.samadov
- Office Phone
- +994 124925903